Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Postmodern darıxmaqlar tökülür tənha durnaların lələklərindən


Rəsm: Hicran Əliyev

Rəsm: Hicran Əliyev

-

Şəhriyar İbrahimov

Ümid qonaqlıqları

Tənha xarabalıqların

əbədi sakininə çevrildim,gedişinin sonrası..

İndi bütün çinar ağacları boynuma ölçülmüş kimi.

Siqaretlərin ən ağırını,

içkilərin ən tündünü gəzirəm, Leyla.

Küçə-küçə şəhər-şəhər yox oluram.

İndi axşamlar ümid qonaqlıqları,

gündüzlər yüzilin tənhalıqlarıdır.

İndi dar günə saxladığım ümidlərdən yeyirəm. bilirsən?

İndi elə bil xəyalların yuxuma qadağandır, Leyla...

Dodaqlar məhbus, qulaqlar səssiz, baxışlar boş çoxluqdur. bilirsən?

Postmodern darıxmaqlar tökülür tənha durnaların lələklərindən.

Çoxadamlı meydanların qu libaslı qızlarından mənə nə indi?

Mənə nə yağışdan sonra çıxan göyqurşağından?

Mənə nə ürkək-ürkək dən yeyən göyərçinlərdən?

Mənə nə tədirgin sərçələrin qorxusundan?

Mənə nə füsunkar baharın gül qoxusundan?

İndi eşitdiyim yalançı təsəllilər təkrardır, dünəndənqalmadır.

İndi gözlərimin ən yaxın sirdaşı salfetlərdir, Leyla...

Bəslədiyim ümidlər böyümür fərqindəyəm.

Fərqindəyəm ki, içimdəkilər içimdə dara çəkilir.

Fərqindəyəm ki, gözlərimdəki əsəbi dalğalar qucaqlaya bilmir qıyılarını.

Sənsiz tənhalıqlara səpələnib bu ömür. darıxmaqlara qurşanıb...

Ruhum ögeydir bədənimdə, dözülməz ağrıların məskəninə çevrilib sol tərəfim.

bilirsən?

Qara bəxtim ağ kəfənlərə nə zaman büründü?

Nə zaman tuş gəldim dua etdiklərimin qəzəbinə????

Yaman kasıblamışam, Leyla.

Bir sətir gülüş göndər mənə. Bir cüt təbəssüm, bir buket ümid.

Yaman heçkimsizləşmişəm.

Bu da mənəm, Leyla.

Daşqalaq edilmiş ümid qəbiristanlığı,

Avaralar meydanındaki kimsəsiz heykəl,

Kədərə dair nə varsa topdansatışdan aldım.

Çəkiləsi nə varsa nübar etdim.bilirsən?

Yolum bir az da qısalıb, Leyla, burdan ölüməcəndir bilirsən?

İndi özün fikirləş.

Ta heçnə demirəm...

Şərhləri göstər

XS
SM
MD
LG