Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:42

Nemtsov öldürüləndə yanında olan Anna Duritskaya hadisəni danışır


Moskvada Nemtsov-un xatirə yürüşü
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Moskvada Nemtsov-un xatirə yürüşü

-

NEMTSOVUN ÖLDÜRÜLDÜYÜ GECƏ...

27 fevral 2015-ci il. Saat 23:40. “Böyük Moskva” körpüsü. Rusiyanın sabiq baş naziri müavini, prezident Vladimir Putin-in əsas tənqidçilərindən biri Boris Nemtsov ukraynalı fotomodel Anna Duritskya ilə gəzintidədir. Bu vaxt ona arxadan atəş açılır. 6 güllədən 4-ü onun başına, ürəyinə, böyrək və qarnına dəyir.

Urəyinə dəyən güllə Nemtsovun həytaına son qoyr.

Anna Duritskaya martın 2-də Moskvanın “Dozhd” kanalına hadisəni belə təsvir edir:

- Kimin güllə atdığını görmədim. Arxaya dönəndə gözümə yalnız açıq rəngli maşın dəydi.Amma maşının markasını və ya nömrəsini ayıra bilmədim.

Duritskaya deyir ki, onu 3 gün sorğu sual ediblər və əsas şahid olduğuna görə, Rusiyadan çıxmasına qadağa qoyublar.

Tədqiqatçıların ehtimallarına görə qətldə azı 3 nəfər iştirak edib. Biri Nemtsovu izləyib, digəri atəş açıb, 3-cü adam isə avtomobili idarə edib.

Güman olunur ki, cinaytətkarlar hadisə yerindən Şimali Osetiyada qeydiyyatdan keçmiş 2002-ci il istehsallı VAZ- 21102 markalı avtomillə qaçıb.

Həmin gecə Nemtsovun evində axtarış aparılıb, onun biznes və siyasi fəaliyyəti ilə bağlı bütün sənəd və materiallar götürülüb. Martın 1-də siyasətçinin kabinetində də axtarış olub. Rusiya Federasiyasının İstintaq Komitəsi qətlin açılmasına kömək edən məlumata görə 3 milyon rubl (təxminən 50 000 manat) mükafat elan edib.

PUTİN: “BU,TƏXRİBATDIR”

Rusiya prezidenti Vladimir Putin Nemtsovun qətlini “təxribat” adlandırıb. Ölkə başçısı mərhumun anasına söz verib ki, qatillər tapılıb cəzalandırılacaq.

Rusiya jurnalistləri Nemtsovun ölümündən bir qədər əvvəl verdiyi müsahibəyə diqqət çəkilər. O deyirdi ki, Ukraynadakı konfliktdə Rusiyanın rolu ilə bağlı Putini tənqid etdiyinə görə öldürülə bilər.

RƏSMİ VERSİYA...

Boris Nemtsovun qətlini araşdıran qrup cinayətin motivi ilə bağlımüxtəlif versiyalar üzərində işlədiyini elan edib. Əsas versiyalar bunlardır:

- Ölkəda siyasi sabitliyi pozmağa yönəlmiş təxribat;
- Nemtsovun "Charlie Hebdo" jurnalına hücumdan sonra səsləndiriyi fikirlərə görə, islamçı-ekstremistlərin tərəfindən öldürülməsi;
- Sifarişin Ukraynadan gəlməsi;
- Kommersiya fəaliyyəti;
- Qısqanclıq;

Boris Nemtsov-un vəkili Vadim Prokhorov AzadlıqRadiosunun rus xidmətinə bildirib ki, Nemtsov dəfələrlə, xüsusilə də sosial şəbəkələrdə hədələnib:

- Tətiyi kimin çəkməsindən asılı olmayaraq, Boris Nemtsov-u siyasi rejim öldürdü.

NEMTSOV NİYƏ ÖLDÜRÜLÜB? FƏRQLİ BAXIŞLAR...

Çeçenistan prezidenti Ramzan Kadyrov Nemtsovun ölümü haqda özünün instagramında yazır ki, bu qətli Qərbin xüsusi xidmətləri təşkil ediblər. Onun fikrincə, Qərb Rusiyada nəyin bahasına olursa olsun hakimiyyətin zəifləməsinə çalışır və bu hücumu təşkil edib ki, bütün dünya Kremli günhlandırsın.

Ukrayna prezidenti Petro Poroshenko deyib ki, təxminən 2 həftə əvvəl Nemtsov ona Ukraynadakı separatçı münaqişədə Rusiyanın əlinin olması ilə bağlı faktları ictimailəşdirməyə hazırlaşdığını deyib.

Fransanın Xarici İşlər Naziri Laurent Fabius Fransanın BFMTV kanalına müsahibəsində Nemtsovun qətlini iyrənc hərəkət kimi qiymətləndirib.

Müxalifyönlü deputat Dmitry Gudkov öz «Twitter» hesabında yazıb ki, bu qətlin siyasi sifariş olduğu aydındır. Onun fikrincə, sifarişli qətlin özü belə, hakimiyyətin səpdiyi nifrət toxumunun nəticəsidir.

ABŞ prezidenti Barack Obama deyib ki, Nemtsovun simasında Rusiya xalqı vətəndaşların hüquqları uğrunda ən güclü mübarizlərindən birini itirib.

NEMTSOV: “RUSİYADAKI BÖHRANIN SƏBƏKARI PUTİNDİR”

Nemtsov ölümündən təxminən 3 saat əvvəl “Exo Moskva”nın efirində çıxış edib. Müxalifətin martın 1-də planlaşdırılan “Bahar” yürüşündən danışıb. Rusiyadakı böhrana, Ukrayna-Rusiya müharibəsinə görə Putini suçlayıb.

“Gəlin bir anlıq, mənimlə Putinin ictimai debatını təsəvvür edək. Mən onunla debata çox sada sualdan başlayardım. Soruşardım ki, Rus əsgərləri öldüyü halda Siz, cənab Putin, baş komandan olaraq rus əsgərlərinin bu döyüşlərdə iştirakını necə dana bilərsiniz? Axı biz o, əsgərlərin qəbirlərini görürük.

BORİS NEMTSOVUN SİYASİ KARYERASI

Boris Nemtsovun 55 yaşı var idi. O, 1991-ci ildə - hələ 31 yaşında Nijnıy Novqorodda yeni Rusiyada ilk dəfə qubernator vəzifəsininin icrasına başlayıb.

1997-ci ildə Yanacaq Energetika naziri kimi hökumətə daxil olmuşdu. 1997-1998-ci illərdə həm bu vəzifədə işləmiş, həm də Baş nazirin birinci müavini olmuşdu.

1998-ci ildə liberal gənclər hərəkatı təsis edən Nemtsov sonradan bu hərəkatın əsasında "Sağ qüvvələrin birliyi" müxalif partiyasını təşkil edib.

Boris Nemtsov 1990-2003-cü illərdə Rusiya Parlamentində təmsil olunub, müxtəlif parlament komissiyalarına rəhbərlik edib.

Putin hakimiyyətə gələndən sonra Rusiya müxalifətinin əsas təşkilatlarından olan "RPR-Parnas" siyasi partiyasının həmsədri, müxalifətin koordinasiya şurasının üzvü olub.

Rusiyada son illər prezident Vladimir Putinin əleyhinə keçirilən çoxminlik "Narazıların yürüşü", "Ədalətli seçkilər naminə" aksiyalarının təşkilatçılarından olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG