Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:07

Nemtsov Heydər Əliyevi ağ şalvarda qarşılayıb- [xatirə]


Nemtsova oxşayan kukla (Arxiv fotosu)

Nemtsova oxşayan kukla (Arxiv fotosu)

-

Fevralın 27-də Mosvkada öldürülmüş müxalifət lideri Boris Nemtsov 2007-ci ildə yazdığı «Исповедь бунтаря (Üsyançının etirafı)» kitabında Heydər Əliyevi Moskvada qarşılamağını qeyd edir:

«Mən ömrümdə bircə dəfə protokol qaydalarını pozmuşam, onu da indi bütün ölkə bilir. Tez-tez kimsə mənə həmin xəcaləti - Azərbaycan prezidenti Heydər Əliyevi ağ şalvarda qarşılamağımı xatırladır.

Həmin günü lənətləsəm də, səmimi etirafım bu heç nəyi dəyişmir. Amma mənim də özümə bəraət qazandırmağa güclü səbəbim var idi.

Ondan başlayaq ki, mən ümumiyyətlə Heydər Əliyevi qarşılamağa getməli deyildim. Sakitcə işə üz tutmuşdum, dəhşətli isti var idi, 35 dərəcəyə yaxın... Gözlənilmədən Chernomirdin (Viktor Chernomirdin - 90-cı illərdə Rusiyanın baş naziri - red.) zəng elədi və təcili Vnukovoya gedib Heydər Əliyevi qarşılamağımı tapşırdı.

- Viktor Stepanoviç, axı mən bərbad görkəmdəyəm
- Nədi, alt geyimindəsən?
- Ondan da pis: ağ şalvarda və maykada
- Pis deyil, heç nə olmaz. - Hökumət başçısı dedi.
- Axı Chubaisin növbəsidir, mənim yox.
- Chubais-a başqa iş tapşırmışıq - deyə Chernomirdin sözümü kəsdi.

Maşını döndərib aeroporta tələsməkdən başqa yol qalmamışdı. Evə qayıdıb və ya dükandan yeni paltar alıb əynimi dəyişməyə vaxt yox idi. Aeroporta gəlib xarici işlər nazirliyinin məmurlarını görəndə başa düşdüm ki, hətta kiminsə kostyumunu borca götürmək mümkün olmayacaq, tərs kimi məmurların hamısı çox xırda idilər. Mühafizə əməkdaşının qızıl düyməli pencəyini çıxarıb, təyyarə pilləkəni qarşısına getməkdən savayı əlacım yox idi. Heydər Əliyev əynində qara yun kostyum, ağ köynək və qara qalstukda təyyarədən çıxdı. Tər içində idi. Məni qucaqlayıb sakitcə dedi:

- Mən hələ sovet vaxtlarından bu axmaq protokol qaydalarının əleyhinə olmuşam».

Günün bütün mövzuları

XS
SM
MD
LG