Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Boris Nemtsov-a görə matəm yürüşü gözlənir


Ufada Nemtsov-un öldürülməsinə etiraz aksiyası keçirilib

Ufada Nemtsov-un öldürülməsinə etiraz aksiyası keçirilib

-

Martın 1-də Moskvada ötən cümə günü qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov-un xatirəsi ilə bağlı matəm yürüşü keçiriləcək.

Nemtsov Moskvanın mərkəzində, Kremlin yaxınlığında öldürülüb.

Şəhər rəhbərliyi ilə razılaşdırılmış yürüşdə 50 min nəfərin iştirakı gözlənilir. İştirakçılar Çinşəhər keçidindən Nemtsov-un qətlə yetirildiyi körpüyədək yürüş edəcəklər.

Yürüşdə ölkənin İnsan Hüquqları Şurasının üzvləri – Kirill Kabanov, Boris Kravchenko, Sergey Krivenko və digərləri də iştirak edəcək.

Öncə martın 1-də Maryino rayonunda böhran əleyhinə “Bahar” aksiyasının keçirilməsi planlaşdırılırdı. Daha sonra aksiya iştirakçıları bu aksiyanı matəm yürüşü ilə əvəzləmək barədə qərar qəbul edib.

Nemtsov-la bağlı digər şəhərlərdə də oxşar tədbirlərin keçiriləcəyi gözlənir. Peterburqda şəhər rəhbərliyi matəm yürüşü ilə bağlı razılıq da verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG