Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

AzadliqLive - 28 Fevral

Günün əsas xəbərlərini AzadliqLive-də yazıb, müzakirə edirik...

AzadliqLive fevralın 27-də efirdə olmuş AzadlıqLive-ı BURADA DİNLƏ

Proqramda bu mövzular müzakirə edilib:

- Avropa Oyunları Təşkiilat Komitəsi açıqlama yayıb ki, idmançıların pulunun ödənməsi qanunidir, yəni öhdəliyə uyğundur.

- İqtisad universitetinin tələbə-rektoru ilə müsahibə.

- Ailədə ikinci qız doğulanda bankda adına 10 min manat olan hesab açılacaq?

- Azərbaycan qazının Avropa perspektivləri.

Bu və digər mövzuları AzadliqLive-da BURADA DİNLƏ.

AzadlıqLİVE-in forumunda və Facebookda müzakirələr üçün günün sualı – Azərbaycanda universitetlərdə rektorların özləri də seçilməlidirmi yoxsa təyin olunmalıdır? ​

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. Axşam saat 8-də AzadliqLive-ı canlı yayımda , gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

16:51 27.2.2015

İŞİD tarixi abidələri belə məhv edir

İŞİD İraqda yerləşən tarixi abidələri məhv edir. İnternetdə yayılan 5 dəqiqəlik videoda əllərinə balta, çəkic alan şəxslər Mosul şəhərində yerləşən muzeydə tarixi abidələri söküb, dağıdır. İŞİD-in hərəkətləri sosial şəbəkələrdə geniş müzakirə edilir

İŞİD tarixi abidələri belə məhv edir
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

16:25 27.2.2015

İordaniya kralı radikal islamçılar haqda aşağılayıcı "daeş" sözünü işlədir

İordaniya kralı 2-ci Abdullah radikal islamçılara İslam Dövləti, ya İŞİD də demir, onlarla bağlı ərəbcə aşağılayıcı məna verən "Daesh", İslamdan dönmələr anlamına gələn “xəvvariclər” sözlərini işlədir. “Bu, Qərbin savaşı deyil, İslam daxilində, hamının bu dönüklərə qarşı mübarizə apardığı bir savaşdır,” kral deyir. Qərb mətbutaının icmalı AzadlıqLive-da

16:20 27.2.2015

Tələbə-rektor nəyi həll edir?

İqtisad Universitetinin tələbə-rektoru Cavanşir Əsədov AzadlıqLive-ın suallarına cavab verir

Davamı

XS
SM
MD
LG