Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:49

Avropa Komissiyası yeni qurumunu - Enerji Birliyini elan edib


Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maros Šefčovič , 25 fevral 2015
Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maros Šefčovič , 25 fevral 2015

-

Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
Direct-ə keçid

Avropa Komissiyası Enerji Birliyi adlı yeni qrumunun startegiyasını təsdiqləyib. Yeni sənəd Avropanın 2030-cu ilə qədər ətraf mühit və enerji siyasətinin müəyyənləşdirir.

Sənəd fevralın 25-də Brüsseldə təsdiqlənib. Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maros Šefčovič bildirib ki, yeni startegiya şəffaf, açıq, təhlükəsiz və rəqabət qabilliyyətli siyasətin aparılmasına hədəflənib.

AZƏRBAYCAN ÜÇÜN YENİ İMKANLAR...

Enerji məsələləri üzrə ekspert Kəmalə Mustafayeva Avropa Komissiyasının yeni təşəbbüsünü şərh edərkən bildirir ki, bu sənəd Azərbaycan üçün əlverişli imkanlar yaradır:

“Azərbaycan bu dəhlizi quranlardan biridir. Məlumdur ki, Azərbaycanın qaz ehtiyyatı o qədər də çox deyil. Bu sənəd Azərbaycan üçün daha çox tranzit baxımından əlverişlidir. Xəzərdən Avropaya qazın çatdırılmasında Azərbaycanın rolu böyükdür: həm öz ehtiyatlarının, həm də digər Xəzəryanı ölkələrin qazının Avropaya çıxarmasında tranzit ölkə kimi”.

AVROPA RUSİYADAN ASLILIĞINI AZALTMAQ İSTƏYİR…

Kəmalə Mustafayeva düşünür ki, Avropa özünə rəqabətli, azad, bərabərimkanlı enerji bazarı yaratmaq istəyir. Bunun üçün də əsas şərt şəffaf və açıq siyasətdir. Onun fikrincə, Azərbaycan istəsə bu oyunun şərtlərinə əməl edə bilər.

Avropanın yeni enerji siyasətinə, özəlliklə, Rusiya təsir etməyə çalışır. Çünki Moskva bu strategiyanı özünə qarşı hesab edir.

Amma Kəmalə Mustafayeva düşünür ki, yeni yaradılan Enerji Birliyində Rusiyaya qarşı hər hansı addım nəzərdə tutulmur. Sadəcə olaraq Avropa özünün Rusiyadan aslılığını mümkün qədər azaltmaq istəyir.

YENİ OYUNÇULAR…

Kəmalə Mustafayeva Avropanın enerji bazarına yeni oyunçuların cəlb olunmasının tərəfdarıdır.

Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyidir.

Avropanın Enerji Birliyi sənədində təchizatçı kimi Azərbaycan,Türkmənistan, Əlcəzair, Türkiyə, Mərkəzi Asiya, Afrika və digər ölkələrin adları çəkilir.

Həmçinin, Norveç, ABŞ, Kanadakı kimi ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG