Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 01:37

“Qaz xətti çəkmək üçün 450 manat istəyirlər”


Qaz sayğacı
Qaz sayğacı

-

“Evə qaz xətti çəkdirmək üçün gərək azı 450 manat xərcləyim. 2-ci qrup əliləm, dörd azyaşlı uşaq saxlayıram. Ailədə altı nəfərik. 50 manat pensiya alıram, 140 manat da sosial yardım. Bu yaxınlarda da ağır əməliyyat keçirmişəm. Yaşayışımız çox çətindir. Ən pisi də odur ki, indi bu xərcləri də öz üstümüzə yıxıblar”.

Lənkəranın Səpnəkəran kənd sakini Ağaşan Mürsəlov “Qaynar xətt”ə yeni inşa etdirdiyi evinə qaz xətti çəkdirə bilməməsindən danışır. O, qaz çəkilişinin xərclərinin vətəndaşın hesabına olımasından narazıdır:

“Əl-qolumuz yanımıza düşdü”

“Bura təzə məhəllədir. Şəraitsiz, yolsuz, susuz, qazsız, işıqsız yerdir. Evsiz-eşiksizlər məcburiyyətdən borc-xərc tapıb burada 1-2 otaq tikib sığınıblar ki, küçədə qalmasınlar. Bu yaxınlarda gəldilər ki, əraziyə qaz xətti çəkilir. Çox sevindik. Ancaq biləndə ki, bu xətti bizim hesabımıza çəkmək istəyirlər, əl-qolumuz yanımıza düşdü”.

Yeni məhəllənin sakinləri qaz xəttinin onların hesabına çəkilməsindən narazılıqlarını bildiriblər.

Təkcə sayğac pulsuzdur

Rayonda qazlaşdırma işlərini həyata keçirən Azərbaycan Elm İstehsalat Birliyinin iş icraçısı Beydulla Talıbov bildirib ki, “Regionların sosial iqtisadi inkişafı proqramı”na uyğun olaraq kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinə başlanılıb. Ancaq qaz çəkilişi vətəndaşların şəxsi vəsaiti hesabına həyata keçirilir. Təkcə sayğac pulsuzdur.

Ağaşan Mürsəlovsa kiçik otağa sığınıb odunla qızınmaqdan başqa çarələri qalmadığını deyir.

XS
SM
MD
LG