Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:36

"Sumqayıtda bir çox mağazalarda alqı-satqı dayandırılıb"


“4-5 saat olar ki, ərzaq mağazalarının çoxu bağlıdır. Satıcılar deyirlər, onlara mağaza sahiblərindən tapşırıq gəlib ki, alveri müvəqqəti dayandırsınlar. Deyirlər, dolların qalxmasına görədir”.

Bunu “Qaynar xətt”ə Sumqayıt sakinləri deyir. Eldəniz Musayevin sözlərinə görə, fevralın 21-də səhər saatlarından şəhərdəki mağazaların bir hissəsi işləmir:

“Təkcə ərzaq mağazaları yox, mobil telefon satışı və elektrik malları satılan dükanlar da bağlıdır. İşləyən mağazalarda isə kreditlə satış dayandırılıb. Satıcılar deyirlər, mağaza sahibləri başlarını itirib. Necə hərəkət etməli olduqlarını bilmirlər. Hələlik çıxış yolunu nağd satışı və kreditləşməni dayandırmaqda görürlər”.

Mərkəzi Bank manatı 33 faiz qiymətdən salıb.

XS
SM
MD
LG