Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

Kosalar sakinləri: «Pulun yarısını yeyəndə, yarısını xalqa xərcləsinlər»


Arxiv fotosu

Arxiv fotosu

-

«Kosalar kəndinin mərkəzindən İpək yoluna olan məsafə vur-tut 4 kilometr olsa da, bu kəndin yolları sonuncu dəfə sovetlər birliyi dağılmamışdan 3-4 il əvvəl asfaltlanıb. Kənddə azı 2000 ev var. Əhalinin sayı 7000 nəfəri ötüb. Artıq neçə ildir ki, kəndimizin yolları bərbad gündədir. Maşın sürmək bir kənara qalsın, heç piyada yerimək də mümkün deyil».

Bu şikayət «Qaynar xətt»ə Qazaxın Kosalar kəndindən gəlib. Kənd sakinləri yazırlar ki, yolların bərbadlığı kənd həyatını iflic edib:

«Son bir neçə ildə yolumuzu buldozerlə guya təmir ediblər. Ancaq olan-qalan yolu daha da pis günə qoyublar. Yay günlərində tozlu havada kəndin yollarında getmək çəkilməzdir. Bu hal kənddə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. Dəfələrlə kənd icra nümayəndəsinə şikayət etsək də bir nəticəsi olmayıb».

BURDA UŞAQLAR MƏKTƏBƏ GETMİR?

Kəndlilər yolların bəzi hissələrinə öz hesablarına daş-çınqıl alıb tökdüklərini, lakin bunun da problemin həllində yetərsiz olduğunu bildirirlər:

«Bu məsələyə yuxarı səviyyədə yanaşılmalıdır. Bizim düzəltdiyimiz yol necə olacaq ki... Bu qədər pullar ayrılır, yarısını yeyəndə, yarısını xalqa xərcləsinlər».

Təkcə kəndlə rayonu birləşdirən yol yox, kənddaxili yollar da ürəkaçan vəziyyətdə deyil. Bu üzdən də Kosalarda uşaqlar məktəbə getmir.

Qazax rayon İcra hakimiyyətindən bildiriblər ki, həmin yoldakı durumdan məlumatları var. Bu yolun əsaslı təmiri dövlət proqramına daxil edilib. Yaxın vaxtlarda Kosalar-Qazax magistral yolunun əsaslı təmirinə başlanacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG