Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

-

“Burada kimsəsi olmayanı küçəyə atırlar. Evini də başqasına satırlar. Təəssüf ki, bu acını biz də yaşadıq”.

“Qaynar xətt”ə müraciət edən Oğuzun Bayan kənd sakini Əsli Qasımova anasından başqa kimsəsi olmadığını, ötən ilin yayında hər ikisinin yaşadıqları evdən çölə atıldığını deyir:

“Anam 30 ildən çox kolxozda sağıcı işləyib. Fermanın həyətində olan həmin ev də kolxozda işləyərkən bizə verilmişdi, orada yaşayırdıq. Torpaqlar özəlləşdirilərkən ev bizə əmlak payı kimi verildi. Bir il əvvəl döyülərək evdən çölə atıldıq. Nə yerli icra hakimiyyəti, nə bələdiyyə - heç kəs bu məsələni yoluna qoymaqda, bizi evimizə qaytarmaqda yardımçı olmadı. Hər dəfə də bəhanə gətirirlər ki, evinizi əlinizdən alana gücümüz çatmır, gedirik, qapını üzümüzə açmırlar”.

“1 ildir ki, küçələrdəyik”

Əsli Qasımovanın sözlərinə görə, ötən ilin qışından Əfsanə adlı kənd sakini onları tezliklə evlərindən çıxaracaqlarını bildirib. Ötən ilin yayında isə dediyi sözü həyata keçirib.

“İyunun 15-də Əfsanə Qocayeva və Emin Alxasov evimizə hücum etdilər, bizi balta-bıçaqla hədələyib evdən çıxartdılar. Qoca, xəstə anamla qışın soyuğunda küçələrdə qalmışıq. Qohum da 3-5 gündən artıq saxlamır. Rayonda döymədiyimiz qapı, şikayət etmədiyimiz məmur qalmayıb. Deyirlər, get ver məhkəməyə. İş orasındadır ki, evimizin bütün sənədləri, hətta öz sənədlərimiz evdə qalıb. Bizi evdən çölə atanda sənədlərimizi də götürməyə imkan vermədilər. İcra nümayəndəsinə deyirik, heç olmasa get sənədlərimizi götür, ver özümüzə, gedək başımızın çarəsini tapaq. Deyir, mən onlarla bacarmıram”.

Kənd icra nümayəndəsi nə deyir...

Əsli Qasımova yerli icra hakimiyyətinin məsələyə biganə qalmasını belə əsaslandırır ki, kimsəsiz olduqlarına görə evləri elə məmurlar tərəfindən başqasına satılıb.

Bayan kənd icra nümayəndəsi Vasif Mahmudov isə şikayətçi ilə razılaşmır:

“Onlar rayon polis idarəsində qeydiyyatdadırlar. Əsli Qasımovaya torpaq sahəsi də təklif olunur. Ancaq istəmir”.

Əsli Qasımova:

“Niyə mənim illərlə yaşadığım evimi başqasına verib, mənə ucqar yerdən torpaq ayırmalıdılar? Evimizi qaytarsınlar”.

Kənd icra nümayəndəsi isə buna görə şikayətçinin məhkəməyə müraciət etməsini məsləhət görür.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG