Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

Aslan Aslanov «Lamiyə işi»nə görə vəkildən şikayət edir


-

Şəmkirin sabiq icra başçısı Aslan Aslanov vəkil Adəm Məmmədovdan Vəkillər Kollegiyasına şikayət edib.

Bu haqda AzadlıqRadiosuna Adəm Məmmədovun özü məlumat verib. Onun sözlərinə görə, şikayətə kollegiyan İntizam Komissiyasında baxılacaq:

«Fevralın 17-də mənə məlumat verildi ki, haqqımda şikayət var. Şikayətdə mənim Vüqar Əliyevin müdafiəsindən kənarlaşdırılmam xahiş olunur. Şikayətdə göstərilib ki, guya mən Aslan Aslanovun şərəf və ləyaqətini alçaltmışam. Bütün bunlar hamısı uydurmadır. Onun məqsəd oğlunu öldürməkdə günahlandırılan Vüqar Əliyevin müdafiəsinə mane olmaq, onu ümumiyyətlə müdafiəsiz qoymaqadır».

«MƏN DEDİKLƏRİMİN HAMISI MƏHKƏMƏ QƏRARLARINDA VAR»

Adəm Məmmədov bildirir ki, Aslan Aslanov bir müddət öncə onu mətbuat vasitəsi ilə təhdid də edib:

Vəkil Adəm Məmmədov
Vəkil Adəm Məmmədov

«Müsahibəsində demişdi ki, Adəm Məmmədov da müdafiə etdiyi Vüqarın yanına ömürlük həbsə göndəriləcək. Bu açıq təhdiddir. Artıq görür ki, hər şey ifşa olunub, aqressivləşib. Mənim ona qarşı heç bir qərəzim yoxdur. Aslan Aslanovun Vüqar Babyevin işində baş verənləri özümdən yox, məhkəmə qərarlarına əsaslanar demişəm. Onun əməlləri parlament səviyyəsində müzakirə olundu. Tək mən demirəm ki. Bu üsullarla mənim geri çəkilməyimə nail ola bilməyəcək. Bu cür təhdidlər məni daha da prinsipiallaşdırır».

Vüqar Əliyev və onun nişanlısı Lamiyə Quliyeva 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib. O vaxt yayılan məlumatlarda hər iki müttəhimin ən ağır cəza almasında Aslan Aslanovun rolunun olduğu bildirilirdi.

Həbs müddəti daha 5 il 6 ay uzadılan Lamiyə Quliyevanın bu yaxınlarda həbsxanada qanundankənar ana olması bu məsələni yenidən gündəmə gətirdi. İş o yerə çatdı ki, məsələ parlamentdə müzakirə olundu. Bəzi deputatlar Vüqar Əliyev və Lamiyə Quliyevanın başına gələn haqsızlıqrda Aslan Aslanovun rolunun olduğunu səsləndirmişdilər.

ASLAN ASLANOV İTTİHAMLARI RƏDD EDİR…

Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar

Aslan Aslanov isə bu iddiaları rədd edir. O, ANS-ə açıqlamasında bildirib ki, onun haqqında deyilənlərin yalan olduğunu bildirib:

«Mənim oğlumu həmin şəxslər qrup halında qətlə yetiriblər. 11 il əvvəl olmuş hadisəni indi şişirdərək mətbuatda mənim adımı hallandıraraq sifarişlə yazı yazırlar. Vüqar Əliyev və Lamiyə Quliyevanın yaxınlarının həbsi üçün sifariş verməyim, onların həbsinin uzadılması üçün təzyiq etməyim haqda deyilənlər təxribatdır və mənim bu işlə heç bir əlaqəm yoxdur. Mən YAP-ın Siyasi Şurasının üzvüyəm, dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG