Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 04:06

Dünya Bankı: Azərbaycanda iş yeri yaratmağın çətinlikləri


Sabirabad "qul bazarı"
Sabirabad "qul bazarı"

Dünya Bankı Azərbaycanda iş yerləri yaratmağa sınaqlar, çətinliklər haqda xüsusi hesabat hazırlayıb.

Hesabatda deyilir ki, 2007-2012-ci illərdə Azərbaycanda yoxsulluq15,8 faizdən 6 faizə endirilib, eyni vaxtda işsizlik də azalıb, 2012-ci ilə 5,2 faizə düşüb.

Bununla belə Dünya bankı hesab edir ki, yoxsulluğun və işsizliyin azalması kimi müsbət təmayüllərin indi yerində saymaq riski var.

Dünya bankının fikrincə, hətta bu təmayüllər geri dönə bilər.

Bankın fikrincə, risklərin əksəriyyəti iqtisadiyyatın daxili quruluşu ilə bağlıdır.

Eyni vaxtda demoqrafik problem var. Əmək bazarına daxil olan gənclərin sayı sürətlə artır.

Hazırda neft gəlirlərinin azalması da riskləri gücləndirir.

Buna görə də Bankın fikrincə, institusional islahatlara ehtiyac var. Hökumət müdaxilələr siyasətinin çərçivəsini müəyyən etməlidir ki, bu islahatlar və müdaxailələr özəl sektorda məşğulluğu, işgüzarlığı, rəqabəti artıra bilsin.

İŞSİZLİK 11 FAİZ?

Azərbaycanda işsizlik azaldığı vaxt, məşğul əhalinin iş qabiliyyəti olan bütün əhaliyə nisbəti də azalır.

İşçi qüvvəsinin bu iştirak payı 2005-ci ildə 83 faiz idisə, 2012-ci ildə 78 faizə düşüb. Bankın fikrincə, bu iştirak payı azalmasa idi,işsizlik hazırda təxminən 11 faiz olmalı idi, 5,2 faiz yox.

İŞ YERİ YARATMAQ ÇƏTİNLİKLƏRİ

Bankiş yeri yaratmaq qarşısında çətinliklərə toxunur.

Hesabatda deyilir ki, iqtisadiyyatın sektoral tərkibi iş yeri yaratmağa əngəldir.

Burda nə nəzərdə tutulur?

Bank yazır ki, Azərbaycanda məşğulluq kənd təsərrüfatı sahəsindən asılıdır. Məhsuldarlığı aşağı, artımı az olan kənd təsərrüfatı Azərbaycanda ən çox iş verən sahədir: burda bütün işləyənlərin 37 faizi çalışır. Bu qədər adamın işlədiyi kənd təsərrüfatı ölkənin Ümumi Daxili Məhsulunun cəmi 5 faizini verir.

O biri tərəfdən, mədən sənayesi ÜDM-un 40 faizini verir, ancaq burda bütün ölkədə işləyənlərin cəmi 1 faizi çalışır.

GƏNCLƏRİN SAYI

Azərbaycanda əhali sayında gənclərin payının əhəmiyyətli olması və artması da əmək bazarının qarşısında duran çətinliklərdəndir. Yaxın 30 ildə Azərbaycanın əmək bazarıbu problemlə üzləşəcək.

2014-cü ildə Azərbaycanda yaşı 25-dən az olanlar əhalinin 40 faizini təşkil edirdi, yaşı 35-dən olnalar isə əhalinin 60 faizidir.

Hazırda əhalinin 70 faizi əmək qabiliyyəti yaşında olanlardır. Bu yüksək 70 faiz səviyyəsi Azərbaycanda 2025-ci ilə kimi qalacaq.

Dünya Bankı yazır ki, bu sosio-iqtisadi və demoqrafik təmayüllər Azərbaycanı yoxsulluğu azaltmaqda və yeni iş yerləri yaratmaqda bir sıra sınaqlara çəkir.

Bunun öhdəsindən gəlmək üçün Dünya Bankı bir sıra tövsiyyələr verir.

YENİDƏN STRUKTURLAŞDIRMA

Yeni yaranan və bağlanan iş yerlərinin sayı arasında fərq- bir qayda olaraq iqtisadiytaın yenidən strukturlaşmasını əks etdirir.

Azərbaycana özəl sektorda iş yerlərinin sayını artıran institusional islahatlar lazımdır. Rəqabət mühitinin yaradılmasıbu cəhddə vacibdir. Bankın fikrincə, son illər Azərbaycan bu sahədə işlər görüb və Rəqabətlilik İndeksində 2011-ci ildəki 72-ci yerdən 2014-2015-ci ildə 38-ci yerə qalxıb.

Bununla belə, Azərbaycan hələ xeyli iş görməlidir. Mülkiyyət haqlarını müəyyən etmək və bu haqları gücləndirmək vacibdir. Tarifləri azaltmaq, ticarəti sadələşdirmək lazımdır. Bank “Doing Business” hesabatına istinad edir ki, Azərbaycanda səsrhıəddi keçməklə ticarətə, öz obyektinə işıq çəkdirməkdə, tiikintiyə icazə almaqda çətinliklər var.

ÖZƏL SEKTOR

Azərbaycanda özəl sektorda bütün işləyən əhalinin 5 faizi çalışır. Bu da Avropa və Mərkəzi Asiya regionunda orta göstəricidən aşağıdır. Həmin regionda orta göstərici 6 faizdir.

Bank yazır ki, “örtülü işgüzarlığa” işçi qüvvəsinin 10,maaş alan işçilərin 5 faizini aid etmək olar. Bu da region üzrə orta göstəricilərdən – işçi qüvvəsinin 27 , maaş alanların 22 faizindən azdır.​

SƏRİŞTƏLİ İŞÇİ QÜVVƏSİ

Dünya Bankı yazır ki, Azərbaycanda baza təhsili hamıya verilir, ancaq şagirdlərinümumi təhsil səviyyəsini nümayiiş etdirməsi sahəsində Azərbaycan hələ gözə görünən tərəqqi etməyib. Məsələn, 2009-cu il Beynəlxalq Tələbə Qiymətləndirməsi (PİSA) testində Azərbaycanın 15 yaşlı şagirdləri 65 ölkə arasında üzündən oxumaqda 64-cü, təbiət elmlərində 63-cü, riyaziyyatda 45-ci yeri tutdular.

ALİ TƏHSİL HAQDA

Dünya Bankı yazır ki, ali təhsilə gəldikdə, Azərbaycan hökuməti əvvəlcədən burda islahatları məhdudlaşdırdı, nəticəsi ali təhsilə çıxışın və keyfiyyətin azalması oldu.

Universitetlərə və kolleclərə qəbul səviyyəsi 20 faizdir, bu da yuxarı gəlirli və orta gəlirli ölkələr üzrə göstəricilərdən azdır.

Orta gəlirli ğlkələrdə bütün məzunların 25,5 faizi, yuxarı gəlirli ölkələrdə 33,4 faizi universutetlərə və kolleclərə qəbul olunur.

Azərbaycanda ali təhsilə çıxış nəinki məhduddur, həm də bunda qeyri-bərabərlik var.

Təhsilin keyfiyyəti məsələsinə gələndə, sonuncu Biznes Mühiti və İş Göstəricisi Sorğusunda biznes şirkətlərinin 54 faizi bildirirlər ki, işçilərin təhsili və adekvat səriştəsinin olmaması işə əsas maneədir.

İş görməyə əsas problemlər sırasında iş adamları birinci yerə korrupsiaynı, ikinci yerə vergi dərəcələrini qoyurlarsa, 3-cü yerdə “adekvat təhsili olmayan işçi qüvvəsi”ni göstərirlər.

Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 38-ci yerdədirsə, ali təhsildə Azərbaycan 90-cıdır. İbtidai təhsildə daha aşağıda- 104-cüdür.​

Dünya Bankının hesabatında təhsillə bağlı bu deyilənlərə vaxtilə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olmuş Vurğun Əyyubun münasibətini öyrəndik.

Vurğun Əyyub
Vurğun Əyyub

Azadlıq Radiosu: Hesabatda Azərbaycanda təhsil kəskin tənqid olunur.Doğrudanmı Azərbaycanda təhsilin səviyyəsi belə aşağıdır?

Vurğun Əyyub: Hesabatla razılaşmaq lazımdır. Ümumən, Azərbaycanda orta təhsil , demək olar ki, yoxdur.Yəni, orta məktəblərdə təhsil yoxdur. Orta məktəb özünün məktəb olmaq funksiyasını tamamilə itirib. Azərbaycanda orta təhsildə az-çox uğurlar varsa, bu uğurlar repetitorlar və özəl məktəblər hesabınadır.

Azadlıq Radiosu: Hesabatda ali təhsillə bağlı deyilən o “20 faizlə” razısınızmı?Məzunların daha çox hissəsinə imkan verilməlidirmi ki, universitetlərə daxil ola bilsin?

Vurğun Əyyub: Məncə burda plan doldurmaqdan söhbət getməməlidir. Azərbaycan hökuməti məhz plan doldurmaq naminə bilik səviyyəsini nəzərə almadan ali məktəblərə tələbə qəbul edir. Yüksək inkişaf eləmiş ölkələrdə məzunların 33 faizi ali məktəbə daxil olursa, bu, həm də onların orta məktəblərdə bilik səviyyəsinin yüksək olduğunu göstərir.Azərbaycanda hətta o 20 faizin də bir qismi ümumiyyətlə ali məktəbdə oxumağa layiq deyil.

Azadlıq Radiosu: Hesabata görə, işləmək istəyənin bilik və bacarığı vacibdir.Sizcə, Azərbaycanda biliyi, sərtiştəsi yüksək olan, özünə uyğun işi mütləq tapa bilirmi?

Vurğun Əyyub: Bu heç də həmişə belə olmur. Çünki Azərbaycanda işə qəbul etmədə tamam başqa meyarlar götürülür. Rüşvət, qohumluq, tanışlıq... Bu kimi məsələlər əsas götürülür.

Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid

DAHA ÇOX İMKAN YARADILMALIDIR

Dünya Bankı hesabatında sonda yazır ki, kasıblığın azaldılmasında və rihafın bölüşdürülməsində son illər Azərbaycanın uğurları daha yaxşı və daha çox iqtisadi imkanlara çıxışın verilməsindən çox, sosial ayırmaların, pensiyaların, maaşların artırılması hesabına olub,

2005-2013-cü illərdə məşğulluq isə 77 faizdən 74 faizə enib. Yəni işləyə bilib, işləməyənlərin payı artıb.

Son illər sosial ayırmalar və pensiyalar əhəmiyyətli artıb. Bunu yazan Dünya Bankıhesab edir ki, Azərbaycan irəli getməkdə indi insanlara imkan yaratmağa və işləməyə həvəsləndirməyə fikir verməlidir və bu istiqamətdə səyləri artırmalıdır.

XS
SM
MD
LG