Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:35

ABŞ müstəntiqlərinin tükürpədici işgəncələri haqda hesabat açıqlandı


Quantanamo həbsxanasının içindən görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Quantanamo həbsxanasının içindən görüntülər

Mərkəzi Kəşfiyyat idarəsinin 11 sentyabrdan sonra həbs etdiyi şəxslərin dindirilmə metodları işgəncələrdən ibarət olub. Terror fəaliyyəti şübhəsi ilə həbs olunanların qəddarlıqla keçirilən bu istintaqları xüsusi nəticə verməyib, əldə olunan məlumatlar isə heç bir yeni terror hücumunun qarşısını almayıb.

Bu haqda senator Dianne Feinstein-in təqdim etdiyi hesabatda bildirilir.

6000 səhifəyə yaxın hesabatda MKİ (CİA) müstənqiqlərinin qəddarlığına dair çoxlu məlumatlar var. Onlar yuxusuz saxlamaq, üstünə su tökmək və və döyməklə məhbuslardan məlumat almağa cəhd ediblər. Aclıq edənlərə isə qidanı məcburən, imalə ilə yoğun bağırsaqdan yeridiblər.

Hesabat ABŞ-da və dünyada geniş rezonansa səbəb olub. ABŞ prezidenti Barack Obama bildirib ki, hakimiyyətə gələn kimi belə metodların qadağan olunması haqda sərəncam verib. Onun sözlərinə görə baş verənlər Amerikanın əsas dəyərlərinə zidd olub.

MKİ idarəsində Senat komissiyasının işgəncə metodlarının səmərə verməməsi haqda nətcəsi ilə razılaşmırlar. Bildirlir ki, istintaq metodları ölkə rəhbərliyinin rəsmi icazəsi ilə tətbiq olunurdu.

Həmin illərdə ABŞ vitse-prezidenti olan Dick Cheney mətbuata açıqlamasında bunu təsdiq edir və bildirir ki, ədliyyə nazirliyinin müvafiq sanksiyası da var idi. "Yoxsa MKİ belə addımları atmazdı" - deyə Cheney NYTa bildrib .

ABŞ rəsmiləri ehtiyyat edilər ki, hesabatın açıqlanması Amerikaya qarşı kütləvi etirazlara səbəb ola bilər, ona görə də bir sıra ölkələrdə səfirliklərin təhlükəsizliyi gücləndirib.

Hesabat haqda daha ətraflı gün ərzində AzadliqRadiosu.az saytında məlumatlar yerləşdiriləcək.

XS
SM
MD
LG