Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:10

ABŞ 2 Quantanamo məhbusunu Əlcəzairə göndərir


-
ABŞ Quantanamo həbsxanasındakı iki Əlcəzair vətəndaşını öz ölkəsinə göndərmək niyyətindədir.

Bu barədə Ağ evin iyulun 26-da yaydığı bəyanatda deyilir.

ABŞ prezidentinin mətbuat katibi Jay Carney-in dediyinə görə, məhbusların vətəninə göndərilməsi Konqreslə razılaşdırılıb və bu, ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olaraq həyata keçirilir.

Carney-ə görə, prezident administrasiyası bütün hallarda Quantanamodakı həbsxananın bağlanmasının tərəfdardır və Konqresi məhbusların başqa yerə daşınmasına olan məhdudiyyəti aradan qaldırmağa çağırır.

Terrorizmdə şübhəli bilinənlər Quantanamoya 2001-ci ilin 11 sentyabr terrorundan sonra göndərilməyə başlanıb.

Hazırda bu həbsxanada 166 məhbus saxlanır.

Həmin həbsxananın bağlanması 2008-ci ildə Barack Obama-nın seçkiqabağı verdiyi vədlərdən biri olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG