Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Amerika əsgərlərinin Talibançı meyitlərini təhqir etdiyi video yayılıb


Videodan çıxarılmış foto
Videodan çıxarılmış foto
Amerika əsgərlərinin Taliban döyüşçülərinin meyidi üzərinə təbii ehtiyaclarını ödəməsini əks etdirən video İnternetdə yayılandan sonra Amerika Ordusnun Dəniz Piyadaları Korpusu araşdırmaya başlayıb.

Dəniz Piyadaları Korpusu bildirir ki, videonun həqiqi olub-olmadığını hələ dəqiqləşdirməyib, amma videoda əks olunmuş əməllər Amerika ordusunun rəhbər tutduğu dəyərlərə ziddir.

NATO TƏHQİQATA HƏR CÜR YARDIM EDƏCƏK

Əfqanıstandakı NATO qüvvələrinin sözçüsü, briqada generalı Carsten Jacobson Kabildə bildirib:

“Bu, ikrah doğuran görüntüdür və bu əmələ görə məsuliyyət daşıyanları axtarırıq. Amerika Birləşmiş Ştatları təhqiqata başlayıb. NATO qüvvələri də təhqiqata kömək etmək üçün əlindən gələni edəcək”.

General Jacobson onu da deyib ki, belə əməllər koalisiya qüvvələrinin Əfqanıstanda əsas tutduğu mənəvi dəyərlərə daban-dabana ziddir.

Əfqanıstan prezidenti Hamid Karzainin administrasiyası da bəyanat yayaraq bildirib ki, “Amerika əsgərlərinin 3 əfqanın meyitini təhqir etməsindən dərin narahatlıq keçirir”.

Bəyanatda videoda görüntülər “insanlığa yaraşmayan əməl” adlandırılır və qəti şəkildə pislənir.

Əfqanıstan prezidenti Hamid Karzainin administrasiyası ABŞ hökumətinə müraciət edərək insidenti araşdırmağa çağırıb.

Videoda konkret olaraq nə görüntülər var? Amerika ordusunun əsgəri geyimində olan 4 nəfər Amerika aksentində danışa-danışa meyitlər üzərinə fiziki ehtiyaclarını ödəyərkən gülürlər.

Onlar bunu edərkən “Xoş günün olsun, dost” kimi istehzalı ifadələr işlədirlər.

ViDEONU KİM ÇƏKİB?

Videonun kim tərəfindən çəkildiyi və Youtube, eləcə də digər saytlara kim tərəfindən
General Jacobson
General Jacobson
yerləşdirilməsi bəlli deyil. Amma videonu çəkən də Amerika ləhcəsi ilə danışır var və hərbi əlcək geyindiyi üçün meyitləri təhqir edənlərin əsgər yoldaşı olduğunu güman etmək olar.

Video çox həssas məqamda orata çıxıb.

İndi Amerika öz qoşunlarını Əfqanıstandan tədricən çıxarmaqla yanaşı əfqan hökuməti ilə Taliban arasında barışığa çalışır.

Taliban bu yaxınlarda Qatarda nümayəndəlik açmağa və beynəlxalq ictimaiyyətlə danışıqlara razı olub.

Taliban məhbus dəyişdirilməsini təklif edib, onun üzvlərinin Amerikanın Quantanamo həbs düşərgəsindən buraxılmasına çağırıb.

Talibanın sözçüsü Zabihullah Mujahid videodakı əməli pisləyib və bunu “barbarlıq” adlandırıb.

Amma Mücahid Reuters-ə deyib ki, video onların beynəlxalq ictimaiyyətlə danışıqlarına və məhbus dəyişdirilməsinə mənfi təsir etməyəcək.

Talibanın sözçüsü danışıqlarla paralel silahlı mübarizələrini davam etdirəcəklərini də deyib.

HƏSSAS MƏQAM

Video siyasi baxışlarından asılı olmayaraq bütün əfqanları hiddətləndirib. Məsələn, Qəndahar sakini Amanulla kimi:

“Biz Amerika əsgərlərinin Taliban döyüşçülərinin meyitlərini mundarlamasını pisləyirik. Bu, sülh danışıqlarına ziyan vuracaq. Amerika Birləşmiş Ştatları Əfqanıstanda sülh danışıqlarını istəmir və bu, ölkənin durumunu daha da ağırlaşdıracaq”.

Kabil sakini Feda Məhəmməd isə deyir ki, daha Amerika əsgərlərinin Əfqanıstanda qalmasını istəmir:

“Müsəlmanların meyitini mundarlayan Amerika əsgərləri cinayət törədiblər. Belə cinayətə görə biz daha onların ölkəmizdə qalmasını istəmirik, Biz xarici qüvvələrin burda qalmasını istəmirik. Onlar Əfqanıstanı tərk etməlidir”.

Son illərdə ölkədə anti-Amerika əhval-ruhiyyəsi bir neçə dəfə pik nöqtəsinə qalxıb. Bundan əvvəl Amerika əsgərlərinin Quranı cırıb ayaq altına atması da belə qalmaqal yaratmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG