Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:36

ABŞ Müdafiə naziri istefa verir


-

ABŞ prezidenti Barack Obama noyabrın 24-də Vaşinqtonda Müdafiə naziri Chuck Hagelin istefasını elan edib. O deyib ki, Hagel nümunəvi müdafiə naziri olub.

Obamanın sözlərinə görə, Hagel hesab edir ki, istefa verməyinin ən münasib vaxtıdır.

Obama elan edib ki, yeni müdafiə naziri təyin olunana qədər Hagel müdafiə naziri vəzifəsini icra edəcək.

-

ABŞ rəsmiləri bildirirlər ki, ABŞ müdafiə naziri Chuck Hagel istefa verib.

Rəsmilər bunu New York Times qəzeti Hagelin istefa verməsi barədə yazandan sonra deyiblər.

Qəzetin məlumatına görə, Obama Hagelin istefasını qəbul edib və bu barədə Ağ Evin bəyanatını noyabrın 24-də elan edəcək.

Hagelin isefasından qabaq hökumət opponentləri Əfqanıstandakı və eləcə də Suriyada, İraqda İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatları tənqid edirdi.

68 yaşlı Hagel yeni müdafiə naziri təyin olunana qədər bu vəzifəni icra etməkdə davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG