Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

ABŞ Əfqanıstanda hərbi kontingentini artırır


ABŞ dəniz piyadaçıları Əfqanıstanda - 26 oktyabr 2014

ABŞ dəniz piyadaçıları Əfqanıstanda - 26 oktyabr 2014

-

ABŞ prezidenti Barack Obama 2015-ci ildə Əfqanıstanda hərbi iştirakın genişləndirilməsi ilə bağlı bu günlərdə «məxfi» fərman imzalayıb.

Bu haqda «New York Times» qəzeti məlumat verib.

ABŞ hərbiçilərinə bu ölkədə yaraqlılara, o cümlədən əgər onları və əfqan hakimiyyətini təhdid edərsə, talibançılara qarşı əməliyyat keçirmək səlahiyyəti verilir.

Qəzet qeyd edir ki, bundan başqa Əfqanıstan hərbçilərinə dəstək üçün ABŞ hərbi-hava qüvvələrinin əməliyyatlarda iştirakı məsələsinə də baxılır.

Bundan əvvəl Obama bildirmişdi ki, bu ilin sonuna kimi NATO başda olmaqla beynəlxalq təhlükəsizlik qüvvələri Əfqanıstandakı missiyasını başa vuracaq. Təklif olunurdu ki, gələn ilin yanvarınadək Əfqanıstanda 9 min 800 ABŞ,3 min Almaniya, İtaliya və NATO üzvü olan digər ölkələrin əsgərləri qalsın.

«Associated Press» də yazır ki, adlarının gizli saxlanmasını istəyən ABŞ rəsmiləri «New York Times»da yazılanları təsdiqləyiblər.

Əfqanıstanla razılaşmaya əsasən, bu ilin sonunadək bu ölkədə ABŞ-ın 10 min hərbçisi qalmalıdır. 2016-cı ilin sonuna kimi ABŞ hərbçiləri Əfqanıstanı tamamilə tərk etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG