Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11

İraq qüvvələri şəhərləri İD yaraqlılarından aldığını deyir


İraq, İD yaraqlılarına qarşı vuruşan şiə dəstə

İraq, İD yaraqlılarına qarşı vuruşan şiə dəstə

İraq qüvvələri bildirir ki, noyabrın 23-də Bağdaddan şimal-şərqdə iki şəhəri İslam Dövləti (İD) yaraqlılarından geri alıb.

Jawalha və Saadiya şəhərləri uğrunda döyüşlərdə əlli İD yaraqlısı öldürülüb. Əməliyyatı İraq ordusu, şiə yaraqlıları və kürd peşmərgə qüvvələrinin apardığı bildirilir.

Əməliyyatda azı 20 peşmərgə döyüşçüsü də həlak olub.

Noyabrın 23-də Ənbər vilayətindəki Ramadi şəhəri yaxınlığında da döyüşlər davam edib.

ABŞ hava hücumlarının dəstəyi ilə, son vaxtlar bir neçə şəhər İD yaraqlılarından geri alınıb.

Strateji Baiji və Jurf al-Sakhr şəhərlərinin də İD-dən geri alındığı bildirilir. Ancaq İD yaraqlıları hələ də Mosul, Tikrit və Fəllucə şəhərləri daxil olmaqla böyük ərazilərə nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG