Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:59

Vertolyotun vurulmasından sonra Dağlıq Qarabağ ətrafında vəziyyət

Qarabağda erməni hərbi birləşmələrinə məxsus vertolyotun vurulmasından sonra Azərbaycan və Ermənistan arasında bəyanatlar "atışması" davam edir.

- Noyabrın 12-də Dağlıq Qarabağdakı təmas xəttində ermənilərə məxsus Mi-24 vertolyotu vuruldu. Azərbaycan müdafiə nazirliyi hadisəni qarşı tərəfin aqressiv davranışı ilə izah edir. Ermənilər isə vertolyotun silahsız olduğunu iddia edirlər.

- Vertolyotun pilotlarının taleyi məlum deyil. Neytral zonada yerə düşən vertolyotda 3 pilotun olduğu və onların öldüyü ehtimal edilir. AzərbaycanMüdafiə nazirlyinin məlumatına əsasən, vertolyot Ermənistan ordusuna məxsus, onun pilotları da Ermənistan silahlı qüvvələrinin zabiti olublar.

- Hadisədən sonra prezident İlham Əliyev Azərbaycan ordusu əsgərləri ilə görüşərək Ermənistanın işğalçılıq siyasəti ilə bağlı kəskin bəyanatlar verdi.

- Ermənistan prezidenti də vertolyotla Qarabağa gələrək Azərbaycanı hədələyən çıxışlar etdi.

- Qarşılıqlı ittihamlar fonunda ATƏTin nümayəndləri regiona səfər edərək tərəflərlə danışıqlar aparır.

AzadlıqRadiosu regionda gedən hadisələri izləyərək canlı bloqu ən son xəbərlərlə yeniləyir. Postlar xronoloji ardıcıllıqla, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

22:05 17.11.2014

Azərbyacan müdafiə nazilriyi Erməsnistana cavab verir


Müdafiə nazirlyinin bəyanatında deyilir: "Düşmən tərəfi növbəti dəfə hər hansı hərbi əməliyyata əl atsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək". Sənədlə daha təraflı burada tanış ol

22:24 17.11.2014

ATƏT erməni pilotlarının qalıqlarını neytral ərazidən çıxarmaq istəyir?

ATƏTin Qarbabağ danışıqları üzrə xüsusi nümayəndəsi Andrzej Kasprzyk
ATƏTin Qarbabağ danışıqları üzrə xüsusi nümayəndəsi Andrzej Kasprzyk

ATƏTin xüsusi missiyası Dağlıq Qarabağda Azərbaycan və erməni tətərflərinin təmas xəttində atəşkəs rejiminin monitorinqini keçirmək niyyətindədirlər. Bu haqda xəbər verən erməni separatçıları müşahidəçilərin Əskəran istiqamətində cəbhə xəttinə baş çəkəcəklərini deyir. Lakin ehtimal olunur ki, əslində söhbət vurulan erməni vertolyotunun pilotlarının cənazələrini götürməkdən gedir. Belə ki, AzadlıqRadiosunun erməni xidmətinə müshaibəsində qondarma Dağlıq Qarabağ prezidentinin mətbuat katibi David Babayan bildirib ki, Xankəndində səfərdə olan ATƏT nümayəndəsi Andrzej Kasprzyk (Anjey Kasparjik) vertolyotun vurulduğu yerə gedəcək. Onun sözlərinə görə, neytral zonada olan həmin ərazini atəş altında saxlayan Azərbaycanın hərəkəti onu təəccübləndirmir, çünki onun sözlərinə görə, "Azərbaycan dövlətinin faşist təbəti var". Lakin Babayan iddia da edir ki, Azərbaycan tərəfi ilə atəşin dayandırılması istiqamətində danışıqlar gedir

16:59 18.11.2014

Erməni hərbi vertolyotunun vurulduğu ərazi (Baxmaq üçün şəkili tıkla)

Azərbaycan Müdafiə nazirliyi noyabrın 12-də Qarabağda hərbi vertolyotun vurulmasını əyani şəkildə göstərir. Müdafiə nazirliyinin hazırladığı animasiyada vertolyotların Azərbaycan mövqeləri istiqamətində uçuşu, vurulmazdan əvvəl isə təmas xəttini keçərək kursu dəyişmələri bildirlir.

Davamı

XS
SM
MD
LG