Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hədələrinə cavab verdi


Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi

-

«Düşmən tərəfi növbəti dəfə hər hansı hərbi əməliyyata əl atsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək».

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan hakimiyyətinə cavabında belə deyilir.

Ötən həftə Dağlıq Qarabağa səfər edən Ermənistan prezidenti Serzh Sarkisian Azərbaycanı yeni münaqişə ilə hədələmişdi.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hədə-qorxu dolu bəyanatlarını məsuliyyətsizlik kimi qiymətləndirib:

«Öz xalqını aldadıb provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir. Azərbaycanın Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır».

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.

XS
SM
MD
LG