Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Vertolyotun vurulmasından sonra Dağlıq Qarabağ ətrafında vəziyyət

Qarabağda erməni hərbi birləşmələrinə məxsus vertolyotun vurulmasından sonra Azərbaycan və Ermənistan arasında bəyanatlar "atışması" davam edir.

- Noyabrın 12-də Dağlıq Qarabağdakı təmas xəttində ermənilərə məxsus Mi-24 vertolyotu vuruldu. Azərbaycan müdafiə nazirliyi hadisəni qarşı tərəfin aqressiv davranışı ilə izah edir. Ermənilər isə vertolyotun silahsız olduğunu iddia edirlər.

- Vertolyotun pilotlarının taleyi məlum deyil. Neytral zonada yerə düşən vertolyotda 3 pilotun olduğu və onların öldüyü ehtimal edilir. AzərbaycanMüdafiə nazirlyinin məlumatına əsasən, vertolyot Ermənistan ordusuna məxsus, onun pilotları da Ermənistan silahlı qüvvələrinin zabiti olublar.

- Hadisədən sonra prezident İlham Əliyev Azərbaycan ordusu əsgərləri ilə görüşərək Ermənistanın işğalçılıq siyasəti ilə bağlı kəskin bəyanatlar verdi.

- Ermənistan prezidenti də vertolyotla Qarabağa gələrək Azərbaycanı hədələyən çıxışlar etdi.

- Qarşılıqlı ittihamlar fonunda ATƏTin nümayəndləri regiona səfər edərək tərəflərlə danışıqlar aparır.

AzadlıqRadiosu regionda gedən hadisələri izləyərək canlı bloqu ən son xəbərlərlə yeniləyir. Postlar xronoloji ardıcıllıqla, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

19:13 17.11.2014

Azərbaycan Qarabağ üzərində erməni helikopterini vurdu

Azərbaycan müdafiə nazirliyinin məlumatında bildirlir: "Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycanın mövqelərinə hücum edib. Həmin helikopter vurulub." Ətraflı burada oxu

19:21 17.11.2014

Erməni prezidenti Azərbaycanı hədələdi

Sarkisian helikopterlə Qarabağa gəlib
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Noyabrın 14-də Qarabağa gələrək buradakı erməni əsgərləri ilə görüşən Serz Sarkisian Azərbaycanı yeni münaqişə ilə hədələyib. "Qisas günü gələcək" deyən erməni prezidenti deyib ki, Azərbaycanlılar elə bilirlər müharibə əyləncədir, flaşnobdur. Ətraflı burada oxu

20:17 17.11.2014

Pilotsuz təyyarələrin mütəxəssisləri Rusiydan Ermənistana gəlir

Ermənistanla Azərbaycan arasındakı hərbi balansı müzakirə edən ekspertlər Ermənistandakı Rusiya hərbi hissələrinin də xüsusi rol oynadığını qeyd edirlər. Bu günlərdə Gümrüdəki Rusiya hərbi bazasına pilotsuz təyyarələr üzrə mütəxəssislərin gəldiyi bildirlir. Rusiya Silahlı qüvvələrinin Cənub dairəsinin mətbuat xidmətindən Regnum agentliyinə bildiriblər ki, Erməsnitandakı bazada plana uyğun kadr dəyişikliyi keçirilib. Moskvadan gələn yeni kadrlar arasında pilotsuz təyyarələrin idarə olunması üzrə ixtisaslaşan hərbçilər də var. Bildirlir ki, "Qranat", "Leyer" və "Zastava" kimi təyyarələrin idarə olunması üzrə təlim keçən bu mütəxəssislər dağ şəraitindəki xüsusiyyətlərin nəzərə alınmasını bilirlər. Xəbərdə qeyd olnur ki, düzən yerlərdən fərqli olaraq, dağlıq ərazilərdə pilotsuz təyyarələrin uçuşunu təmin etmək üçün müxtəlif əlavə meteo amillərin nəzərə alınması vacibdir.

Rusiyanın Ermənistandakı bazasındakı kadr dəyişikliyinin regiondakı gərginliklə üst-üstə düşməsi təsadüfdür, yoxsa Azərbaycana xəbərdarlıq - bu haqda tezliklə AzadliqRadisounda ekspertlərin fikrini təqdim edəcəyik.

Davamı

XS
SM
MD
LG