Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13

Kanadanın baş naziri Putinə: "Ukraynadan çıxmağınız lazımdır”


 Stephen Harper

Stephen Harper

-

Rusiya prezidenti Vladimir Putin Avstraliyada sərt tənqidlə üzləşib. G20 sammitinin iştirakçıları onu Ukrayna böhranındakı roluna görə tənqid ediblər.

O həm də digər iştirakçılardan əvvəl bir qurup media nümayəndələri üçün mətbuat konfransı keçirib. Daha sonra Putin sammitin yekun bildirişinin nəşrindən öncə ölkəni tərk edib. Avstraliyanın baş naziri Tony Abbott bunu protokol qaydalarını "pozmaq" adlandırıb.

Daha öncə də Putin Ukraynanın şərqindəki Rusiyayönlü qüvvələrə Moskvanın dəstəyinə görə tənqid edilmişdi. Bu zaman da o sammiti erkən tərk etmişdi.

Putin ağır artilleriyanın və qoşunların Ukrayna ərazisində yerləşdirilməsini inkar edir. Rusiya televiziyalarındakı çıxışlarında o ədalətsiz tənqidlərdən şikayət etmişdi.

Bununla belə, Putin toplantını bir qədər tərifləyib. O burada “konstuktiv” atmosfer olduğunu bildirib.

“Bəzilərimizin fikirləri üst-üstə düşməyə bilər, lakin müzakirələr tam, konstruktiv və faydal idi” deyə Putin bildirib.

Tənqidlərə baxmayaraq o Avstraliyanın baş naziri Tony Abbotta ev sahibliyinə görə təşəkkür edib.

Putin prezident Barack Obamanın Abbott və Yaponiyanın baş naziri ilə görüşündən və onların "Rusiyanın Kırımı anneksiya etməsi və ərazidə sabitliyi pozması və MH17 təyyarəsinin vurulmasında günahkar bilərək" ona qarşı birləşmələri haqqında bəyanatın yayılmasından sonra ölkəni tərk edib.

Obama G20 sammitindən sonra jurnalistlərə bildirib ki, Rusiya Ukraynaya qarşı münasibətini dəyişməzsə təcrid olunma riskləri yüksəkdir.

G20-nin liderləri Rusiyanın Ukraynada qoşunu yoxdur fikrini rədd edir.

Ukrayna böhranı sammitin formal gündəliyinin əsas mövzusu olmasa da Britaniya baş naziri David Cameron, Fransa prezidenti Francois Hollande, İtaliyanın baş naziri Matteo Renzi və Kandanın baş naziri Stephen Harperin Putinlə qeyri-rəsmi görüşlərinin əsas mövzusu olub.

Putin Harperə əlini sıxmaq üçün yaxınlaşan zaman baş nazir deyib:

“Hesab edək ki,mən sizin əlinizi sıxmışam. Ancaq sizə bir şeyi demək istəyirəm. Ukraynadan çıxmağınız lazımdır”.

Sammit çərçivəsində ayrılıqda danışan Cameron və Almaniyanın kansleri Angela Merkel Rusiyanın Ukraynadan çıxmayacağı təqdirdə sanksiyaları artıracağı xəbərdarlığını edib.

Merkel jurnalistlərə bildirib ki, Avropa Birliyi Ukraynadakı böhrana görə Rusiyadakı bəzi şəxslərə maliyyə sanksiyaları haqqında düşünür.

Avropa Şurasının sədri Herman Van Rompuy bildirib ki, Avropa Birliyinin xarici işlər nazirləri noyabrda görüşəcəklər. Onlar qoşunları geri çəkməyəcəyi təqdirdə Rusiyaya qarşı atılacaq gələcək addımları müzakrə edəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG