Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:23

-

Böyük dövlətlər xırda dövlətlərlə bağlı problemlərlərdə alış-verişə gedə bilərmi? Rusiya İran məsələsində ABŞ-a kömək edir, ABŞ-da Rusiyanın Ukrayna sərhəddində fəallığına göz yumur?

Rubl düşməklə, Qazaxıstan pulu tengeyə də problem yaradır.

Al-Baghdadi olmasa, İslam dövləti təşkilatı olacaqmı?

Dünya mediası bu gün nədən yazır?

New York Times qəzeti soruşur ki, “siz heç İran və Ukrayna problemlərinin əlaqəsi barədə eşitmisinizmi”? Bunun ardınca qəzet yazır ki,deyəsən,hadisələr elə bu istiqamətdə gedir:24 noyabra qədər qoyulan vaxt bitənə qədər Rusiya İranın nüvə proqramı ilə bağlı nəticə əldə olunmasına kömək edir, əvəzində ABŞ Rusiyanın Ukrayna sərhəddində böyük qoşun yığmasına göz yumur.

Qəzet yazır ki, İran və Ukrayna məsələlərində Obama ilə Putin arasında formal alış-veriş yoxdur, ancaq hadisələrin belə getməsinin əlamətləri var.Yoxsa niyə birdən-birə Rusiya İranın nüvə proqramı ilə bağlı danışqıara kömək etməyə hazır olduğunui bildirir və eyni vaxtda Ukraynanın şərqində atışmalar başlanır?

Qəzetin yazdığına görə, Putin ABŞ-ın zəif yerlərini diqqətlə izləyir və addımlarının vaxtını ölçüb-biçir. Hadisələr Putinin strategiyası ilə inkişaf edir.

Ancaq qəzet hesab edir ki, İran məsələsinin həlli ABŞ-a, bütün dünyaya vacib olsa da, buna Ukrayna məsələsindəki mövqeyi qurban vermək olmaz. Rusiyanın Ukrayna ilə sərhəddəki hazırlığı isə Rusiyapərəst qüvvələrin hücuma keçəcəyindən xəbər verir.

Bu yaxınlarda Ukrayna prezidenti Poroshenko ilə söhbət etmiş və istefada olan NATO generalı qəzetə deyib ki, Rusiya sərhəddə 45 minlik qoşun yığıb. Sərhəd zonasında Rusiyanın 450 tank və 700 artilleriya qurğusu var.

RUSİYA OBAMAYA İD-DƏN DAHA BÖYÜK TƏHLÜKƏDİR

Financial Times qəzeti yazır:Vaşinqtonda ümumi fikir belədir ki,Yaxın Şərqdəki böhran daha təcili həll olunmalıdır, nəinki Ukraynadakı. Bir amerikalı rəsmi qəzetə deyib ki, vaxt gələcək tarixçilər maraqlanacaq ki,2014-cü ilin yazında İslam dövləti yaraqlıları nəhəng ərazilər tutduğu vaxt, ABŞ niyə diqqətini Ukraynada cəmləmişdi?

Tarixdə belə presedentlər olub. 100 il qabaq da Britaniya Avropa qitəsində müharibənn qabağını almaq əvəzinə bütünlüklə İrlandiya ilə məşğul idi.

Qəzet yazır ki, bütün bunlar düzdür, ancaq Rusiya ABŞ üçün daha ciddi sınaqdır. Rusiya Obama üçün İslam Dövləti təşkilatından daha böyük problemdir.

Yaxın Şrqdə dağılan dövlətlər, terrorizm riski – bütün bunlar ciddi təhlükədir, ancaq qəzəbli, nüvə silahlı və ABŞ-a meydan oxuyan Rusiya daha böyük təhlükə yaradır. Qəzet yazır ki, bunu hələ indi-indi anlamağa başlayırlar.

TENGE RUBLDAN QAÇA BİLMİR

Financial Times yazır ki, Qazaxıstanın milli pulu olan tenge devalvasiya dilemması ilə üzləşib. Hərçənd Milli Bank sədri deyir ki,fevraldakı kimi dəyərdən kəskin düşmə olmayacaq, ancaq bankın özünə təzyiqlər artır. Fevral ayında Mərkəzi Bank milli pulu 19 faiz dəyərdən saldı, bu da əhalinin və yerli şirkətlərin böyük narazılığını doğurdiu. O vaxtdan yerli şirkətlər və əhali bankda tengedə olan pullarını çıxarıb, xarici valyutaya dəyişirlər. Mərkəzi Bank yaydan bəri tengenin məzənnəsini saxlamaq üçün 3 milyard dollar satıb.

Fevral ayından Mərkəzi Bankı tengenin məzənnəsini dollara çox bağlı saxlayır, ancaq son vaxtlar rusiya rublunun dəyərdən düşməsi tengeyə ciddi təzyiq yaradır.

Rusiyaya ixrac Qazaxıstanın bütün ixracının cəmi 7 faizidir. Ancaq Qazaxıstana idxalda Rusiyanın payı 37 faizdir.

Qazaxıstanın Milli bankının sədri Kairat Kelimbetov deyir: “ Qazaxıstanda əhalinin bir gözü həmişə Moskvada baş verənlərdədir.” Ancaq bank sədrinin fikrincə, bu dəfə vəziyyət fərqlidir. Rusiyaya qarşı sanskiya var, Qazaxıstana qarşı yox. Qazaxıstan iqtisadiyatına investorların münasibəti Rusiya iqtisadiyatına münasibətdən fərqlidir.

Kelimbetov deyir: “Rusiyada baş verənlərə yox, dünyada baş verənlərə baxmaq lazımdır”.

AL-BAGHDADİ OLMASA...

BBC soruşur ki, al-Baghdadi olmasa, İslam dövləti təşkilatı qalacaq yoxsa dağılacaq?

İslam Dövləti təşkilatındakı mənbələrin susması onu deməyə əsas verir ki, al-Bagdadiyə doğrudan da nəsə olub.

Hava zərbələri ilə İD lideri al-Baghdadinin öldürülməsi xəbərlərini isə Pentaqon təsdiqləmir. Burdan belə çıxır ki, o, yaralınıb. Hərçənd bununla bağlı da suallar var.

ID-nin sözçüsüAbu Muhammad Adnaniyə aid edilənTwitter hesabında yazılıb ki, al-Baghdadi sürətlə sağalmağa doğru gedir. Ancaq bu hesab əminliklə demək olar ki,saxtadır. Çünki bu, doğru olsaydı,Twitter onu çoxdan ləğv etmişdi.

BBC yazır ki,al-Baghdadi yaralanıb,yoxsa yox – bunun üstə baş sındırmaqdansa,al-Baghdadi olmasa, İD ola bilərmi?– sualının cavabı daha vacibdir.

BBC yazır ki, al-Baghdadi İD-ni bütöv saxlayan simvola çevrilib. O, olmasa təkilatın bütövlüyü itəcək. Adnani, Shihsani, Abu Vaheeb al-Baghdadinin varisi ola bilər. Ancaq bu, dərhal olmayacaq.

Al-Baghdadi olmasa, İslam dövlətində birləşmiş qruplar yenidən öz əvvəlki kimliyinə qayıda bilər. Istənilən halda təşkilat monolit olmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG