Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Obama İD-lə mübarizə barədə Khamenei-yə yazıb


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama


Məlumatlara görə, oktyabrda ABŞ prezidenti Barack Obama İranın Ali Dini rəhbəri Ayatollah Ali Khamenei-yə İraq və Suriyada İslam Dövləti (İD) yaraqlıları ilə mübarizə barədə gizlicə yazıb.

"The Wall Street Journal" noyabrın 6-da yazdığına görə, Obama məktubunda vurğulayıb ki, istənilən əməkdaşlıq noyabrın 24-dək İranın nüvə proqramına dair razılaşdırılmaqda olan sazişlə əlaqədardır.

Ağ Evin mətbuat katibi Josh Earnest bu yazıya şərh verməkdən imtina edib və deyib ki, ABŞ-ın İran siyasəti “dəyişməz qalır”.

Earnest ABŞ İD yaraqlıları ilə mübarizədə İranla hərbi əməkdaşlıq etməyəcəyini və ya kəşfiyyat məlumatlarını bölüşməyəyini əlavə edib. Lakin onu da bildirib ki, İranın nüvə proqramına dair danışıqlarla bağlı söhbət aparılıb.

Nümayəndələr Palatasının sözçüsü, Ohayo ştatından respublikaçı John Boehner deyib ki, onun fikrincə, Birləşmiş Ştatlar İranı İD yaraqlıları ilə mübarizəyə cəlb etməməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG