Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Rusiya rublu sərbəst buraxır


-

Rusiyanın Mərkəzi Bankı (MB) rublu “sərbəst üzməyə” buraxdı.

MB indiyədək olan tənzimləmə müxanizmini ləğv edir. Bu,MB-ın noyabrın 10-da öz saytına qoyduğu məlumatda bildirilir.

Noyabrın 10-dan MB valyuta zənbilinə qoyduğu dəhlizi və mütəmadi valyuta müdaxiləsini ləğv edir.

Bununla MB rublun məzənnəsinə öz təsirini minumuma endirir və bildirir ki, rublun məzənnəsi daha çox bazar amilləri ilə müəyyənləşəcək.

Ancaq Bank valyuta müdaxiləsindən imtina etmədiyini də vurğulayır. Əgər maliyyə sabitliyinə təhlükə olsa, onda Bank müdaxilə edə bilər.

Son vaxtlar rublun düşməsinin qarşısını almaq üçün MB öz ehtiyatından artıq 30 milyard dollar xərcləyib.

Bundan əvvəl MB-nin “üzın məzənnəyə” gələn ildən keçəcəyi planlaşdırılırdı.

MB-nin bu bəyanatına bazarlar neytral reaksiya verib.

Hazırda Moskvada 1 dollar 45 rubl, 1 avro 56,3 rubldur.

Asiya-Sakit Okean sammitində olan Rusiya prezidenti Putin də rubldan danışıb. O deyib ki, rublun ədalətli məzənnəsi 1 dollara 40-45 rubl arasındadır.

Mərkəzi Bank kapital axını barədə hesabat da yayıb. 2014-cü il başlanandan indiyədək Rusiyadan xaricə 128 milyard dollar kapital axıb. Bu da MB-nin gözlədiyindən çoxdur. Gələn il isə kapital axını MB-nin fikrincə, 100 milyard dollar olmalıdır.

2015-ci ilin ortalarına MB neftin qiymətini hər barrelə 94-96 dollar proqnozlaşdırır. Bankın fikrincə, bundan sonra neft ucuzlaşaraq 90 dollara düşəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG