Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Rusiyanın “MH17 peyk fotosu”nun saxtalığı faş oldu


Avstraliya mətbuatı Putini MH17 təyyarəsibnə görə üzr istəməyə çağırıb.

Avstraliya mətbuatı Putini MH17 təyyarəsibnə görə üzr istəməyə çağırıb.

Dövlət televiziyası bu “satellit fotosu”nu Malayziya sərnişin təyyarəsinin Ukrayna qırıcısı tərəfindən vurulduğu anı göstərən sübut kimi təqdim etmişdi.

Rusiyanın dövlət televiziyası – ORT bu “satellit fotosu”nu Ukrayna üzərində qəzaya uğramış Malayziya sərnişin təyyarəsinin Ukrayna qırıcısı tərəfindən vurulduğu anı göstərən sübut kimi təqdim etmişdi.

Lakin internet ekspertləri və istifadəçiləri peyk fotosunu “naşı saxtakarlıq” kimi qiymətləndiriblər.

Bu fotonu ötən həftə qatı anti-Qərb baxışları ilə tanınan jurnalist Mikhail Leontyev təntənə ilə təqdim etmişdi.

O iddia edirdi ki, satellit fotosunda Ukrayna qırıcısının Malayziya sərnişin təyyarəsini göy-göy raketi ilə vurduğu an əks olunub.

“Massaçussetsli məzun”

Britaniya mətbuatı yazır ki, Moskva Malayziya Hava Yolları şirkətinə aid Boeng-in Ukrayna hərbi-hava qüvvələri tərəfindən vurulduğu barədə iddiaları çoxdan irəli sürüb və bu fotonun indi açıqlanması da görünür, Vladimir Putinin Avstraliyada keçirilən G20 sammiti zamanı necə deyərlər, “dilini uzun etmək” üçün lazım imiş.

Putini sammitdə Ukrayndakı siyasətinə görə sərt qınaq gözləyirdi və o, bu qınaqla üzləşdikdən sonra hətta təntənəli şam yeməyində iştirak etmədən ölkəsinə qayıdıb.

Qərb və Ukrayna hökuməti sərnişin təyyarəsinin Donetsk üzərində separatçılar tətəfindən Rusiya istehsallı “Buk” yer-göy raketi ilə vurulduğu qənaətindədir.

ORT kanalı iddia edib ki, “sensasiyalı foto”nu Massaçussets Texnologiya İnstitutunun məzunu olduğunu iddia edən George Bilt adlı birisi Rusiya Mühəndislər İttifaqının vise-prezidenti İvan Andiyevsky-yə göndərib və guya bu şəxsin aviasiya sənayesi üzrə 20 illik təcrübəsi var.

ORT-nin “ayı xidməti”

“Biz güman edirik ki, bu fotoşəkil Amerika və ya Britaniya peyki tərəfindən çəkilib – deyib Andriyevsky ORT-yə müsahibəsində, - biz fotonu diqqətlə təhqiq etmişik və onun saxta olduğunu göstərən heç bir əlamət yoxdur”.

Proqramın aparıcısı Mikhail Leontyev onun sözünə qüvvət verib və deyib: “Belə bir şeyi saxtalaşdırmaq üçün, belə bir informasiyaya girişi olan şəxsdən daha peşəkar olmaq lazımdır”.

Lakin Leontyev bu məqamda da dayanmayıb və şərhinə davam edib: “Biz bilirik ki, Avstraliya baş naziri Abbot bizim prezidentimizə Malayziya təyyarəsinə dair çətin suallar verməklə qorxudub. Gəlin bu işdə prezidentimizə kömək edək”.

“777” - “767”-yə necə çevrilib?

Amma bu proqramdan dərhal sonra bir çox internet istifadəçiləri ORT-nin göstərdiyi fotonun “naşı saxtakarlıq” olduğunu bildiriblər.

Onlardan bəziləri yazırlar ki, fotoşəkildəki Boeing-in üzərindəki “Malayziya” sözü yerində deyil.

Rusiya blogeri Maksim Kats yazır ki, “Boeing-in yuxarıdan görünüşü” axtarışını Google etdikdə bu fotodakına çox oxşayan təyyarə şəkli görünür. Lakin problem bundan ibarətdir ki, ORT-nin fotosundakı Boing 767 təyyarəsidir, Ukrayna üzərində iyulda vurulmuş təyyarə isə 777 olub.

Başqa istifadəçilər ORT-nin təqdim etdiyi fotodakı qırıcının da Su-25-ə bənzəmədiyini seziblər. Halbuki Rusiyanın dövlət mediası Ukraynanın MH17-ni məhz Su-25-dən vurduğunu iddia edirdi.

Lakin bundan da dərin araşdırma aparanlar olub. Onlar yazırlar ki, foto buludların formasına görəGoogle Earth xəritəsində Donetsk üzərində 28 avqust 2012-ci ilə aid görüntüsünün təkrarıdır.

ORT lağa qoyulur

Və ən nəhayət bəlli olub ki, sözü gedən foto internetə Rusiya forumlarından birində, oktyabrın 15-də yüklənib. Onun müəlliflərinin “Rusiya wikileaks pərəstişkarları” olduğu iddia edilib.

Briraniya mətbuatı yazır ki, saxtakarlığın üzə çıxması Rusiyada geniş lağa qoyulur.

Rusiyanın ən tanınmış blogerlərindən İlya Varlamov yazır: “Beyninizi zibilləməyin. Yəni televizora baxmayın”.

“Aviaforum” internet saytında isə bir istifadəçi qeyd edir: “Söhbət faciədən getməsəydi, bu saxtaklarlığa doyunca gülmək olardı”.

Günün bütün mövzuları

XS
SM
MD
LG