Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:09

Gürcüstanda bələdiyyə seçkilərinə maraq zəifdir


Gürcüstan sakinləri səs verirlər, 5 oktyabr 2006
Gürcüstan sakinləri səs verirlər, 5 oktyabr 2006

Seçkilərə münasibətdə Gürcüstanın regionlarında da vəziyyət bir qədər fərqlidir. Azərbaycanlıların yaşadığı Marneuli və Qardabani rayonlarında seçki ilə bağlı yazılar gürcü dili ilə yanaşı, Azərbaycan və rus dillərində olsa da digər rayonlarda Bolmisi və Dmanisidə bütün materiallar və siyahılar yalnız gürcü dilindədir. Hərçənd ki, Gürcüstan hökuməti etnik azlıqların yaşadığı ərazilərdə onların öz dillərində seçki təşviqat materialları hazırlamaq üçün ATƏT qarşısında öhdəlik götürüb.


Vəfat etmiş 800 adamın adı siyahıya salınıb, 2 min seçici isə adını siyahıda tapa bilmir


Zuqdidi rayonunun əhalisi isə seçki haqqında informasiyanı mediadan, xüsusi ilə televiziyadan aldıqlarını deyirlər. Burada 1 televiziya, 1 radio və 2 qəzet fəaliyyət göstərir. «Zuqdidi» qəzetinin baş redaktoru Nani Mosidze deyir ki, ilk dəfədir ki, əhalinin seçkilərə belə laqeyd yanaşdığını müşahidə edir. Rayon əhalisi arasında hətta seçki gününü bilməyənlər də az deyil. Cənab Moidze bunun səbəbini müxalifətin zəif fəaliyyətində görür.


Zuqdididəki digər media orqanı «Kaqtusi» qəzeti isə bələdiyyə seçkiləri ilə bağlı bu vaxta kimi cəmi bir məqalə çap edib. Qəzetin rəhbərliyi bildirir ki, onların keçirdikləri sorğuya görə əhalinin seçkilərə marağı olduqca aşağı səviyyədədir.



Əsasən ermənilərin yaşadığı Axalski rayonunda isə vəziyyət bir az başqa cürdür. Yerli televiziyanın-«9-cü kanal»ın rəhbəri Zurab Chilingarişvili deyir ki, namizədlərin televiziyada çıxış etməsi üçün vaxt ayrılsa da bu imkandan çox az namizəd yararlanıb. Axalski rayonunun sakinləri namizədləri tanımadıqlarından şikayətlənirlər. Verilən məlumatlara görə bu rayonda vəfat etmiş 800 adamın adı siyahıya salınıb, 2 min seçici isə adını siyahıda tapa bilmir. Əhlinin digər narazılığı da ondan ibarətdir ki, hamının seçkidə iştirak hüquq olsa da hər ailədən cəmi bir-iki nəfərin adı seçici siyahısına düşüb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG