Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:57

Londonda «qul bazarı» - Mətbuat icmalı


-

Kürd fəallar Londonda teatrlaşdırılmış “qul bazarı” təşkil edib. Burda qızlar “satılıb”. Fəallar Suriyada, İraqda küçələrdəki qul bazarını londonlulara əyanı olaraq göstərmək istədiklərini bildirirlər.

ABŞ senatorunun nə vaxtsa kollecdə etdiyi xırda plagiat üzə çıxanda geri çəkilir, Rusiyada isə neçə deputataın dissertasiyasının plagiat olduğu məlum oldu, bir nəfər istefa vermədi.

Ebola göstərdi ki, Ümumdünya Səhiyyə Təşkilatı öhdəsinə düşən işi görə bilımədi.

Rusiya neftin qiymətinin 60 dollara düşəcəyi hala da hazırlaşır.

Dünya mediası bu gün nədən yazır?

Newsweek jurnalı yazır ki, kürd fəallar Londonda qeyri-adi aksiya keçirib. Qadınlar İslam Dövləti yaraqlılarının əsirliyində olan qadınlar kimi geyinib, London küçələrindən keçiblər. Onlar bununla İD yaraqlılarının qul ticarətinə diqəti cəlb etmək istəyiblər.

Onlar bildirirlər ki, bu, Suriyada, İraqda hər gün baş verir. Kürd fəllar İraqda və Suriyada olanları London küçələrinə gətirdiklərini bildirirlər.

İD yaraqlıarının qul bazarında carçısını yamsılayan kürd fəal qışqırır ki, “ Xristian qız. Müsəlman qız. Kobanidən qız. Mosuldan qız”.

Londonda teatrlaşdırılmış bu qul bazarına çıxarılan bütün qızlar bir-bir “satılıb”. Hərəsi bir neçə yüş dollara.

Aksiyanın təşkilatçısı olan kürd fəal deyir ki, “Biz Londonluların bu bazarı öz gözləri ilə görməsini istəyirdik”.

“Bunlar mif deyil. Bu, Suriyada, İraqda bizim küçələrdə hər gün baş verəndir”.

ÜST –NIN BAŞ DİREKTORU İSƏ TÜTÜNƏ VERGİNİ DÜŞÜNÜR

Wall Street Journal qəzeti yazır ki, Ümumdünya Səhiyyə Təşkilatı öz öhdəsinə düşən işi bacarmadı. Söhbət Ebola xəstəliyindən gedir.

ÜST-nın uzun müddətli etinasızlığının davamıdır ki, təşkilatın baş katibi Margaret Chan bir həftə Afrikada Monrovi şəhərində yox, Moskvada qalır. Məqsədi də ÜST-nın tütün vergisini artırmaq haqda konfransına hazırlaşmaq idi.

Qəzet yazır ki, ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzləri - CDC də işinin öhdəsindən gəlmədi.Oktyabarın 15-də ABŞ-da Ebola xəstəliyinə tutulan ikinci şəxs məlum oldu. O da tibb bacısıdır, Texasda ölən Liberiya vətəndaşını müalicə etmişdi.

RUSİYADA PLAGİAT PROBLEM SAYILMIR

Moscow Times qəzeti yazır ki, Rusiya siyasətçilərinin plaqiatı Rusiyada böyük problem hesab olunmur.

ABŞ-da senator John Walsh noyabrda yenidən seçkçilərdə iştirak etmək istəyirdi, ancaq namizədliyini geri götürdü. Çünki məlum oldu ki, vaxtilə Pensilvaniyada Hərbi Kollecdə oxuyanda 14 səhifəlik bir hesabat yazıb, onun 8 səhifəsi plagiatdır, yəni başqasından götürülüb.

Briqada generalı, vaxtilə böyük hərbi əməliyyata başçılıq etmiş Walsh bu plagiat qalmaqalından sonra geri çəkildi.

Bu, Amerikada olandır.

Rusiyada da plagiat var. Ancaq burda vəziyyət başqadır. Məlum olanda ki, Dövlət Duması deputatları arasında onlarla adam öz dissertasiyalarında plagiata yol veriblər, onlardan biri də buna görə istefa vermədi.

Plagiat işlərini təsdiqləmiş universitetlərin biri də bununla bağlı ölçü götürmədi.

Qəzet yazır ki, Amerikada təhsili, elmi, başqasının əməyini yüksək qiymətləndirir, elə buna görədir ki, ABŞ inkişaf etmiş ölkədir, Rusiya isə inkişaf etməkdə olan ölkə.

KİM QAZININ NƏ QƏDƏRİNİ RUSİYADAN ALIR

BBC yazır ki, bəzi Avropa ölkələri Rusiya qazı olmadan ötüşə bilər. Bəziləri yox. Hansı ölkələr işlətdiyi qazın neçə faizini Rusiyadan alır?

Litvada bu, 36 faizdir. Macarıstanda 24, Latviyada 27, Slovakiyada 22, Polşada 8, Bolqarıstanda 12, Estoniyada 9, Finlyandiyada 9 faizdir.

BBC sual verir ki, Rusiya Ukraynadan keçməməklə Avropaya qaz ötürə bilərmi? Əslində Rusiya elə bunu etməyə çalışır. Onun ən böyük layihələrindən biri olan Cənub Axını Bolqarıstandan və Macarıstandan keçməklə qazı Avropaya çatdırmaq məqsədi güdür.

BİR BARRELƏ 60 DOLLAR

New York Times qəzeti yazır ki, neftin qiymətinin düşməyi Moskvadan Karakasa, Riyaddan Bağdada, Tehrandan Laqosa və başqa enerji ixrac edən ölkə paytaxtlarına qədər hamıya çox pis təsir edir.

İyundan bəri neftin qiyməti 25 faiz düşüb. Buna səbəb ABŞ-ın neft istehsalını artırmağı, Çin kimi ölkədə isə istehsalın artım sürətinin azalmağı, enerjiyə tələbatın aşağı düşməsidir.

İnkişaf etmiş ölkələrdə neftin qiymətinin düşməyi yaxşı xəbərdir, məsələn Vaşinqtonda.

Rusiya, İran, Venesuela kimi ölkələr isə maliyyə təzyiqi altına düşür. İraq kimi ölkədə təhlükəsizlik tam dağıla bilər.

Hətta Səudiyyə Ərəbistanı kimi ölkədə büdcənin yerinə yetirilməsi üçün neftin qiyməti 95 dollardan aşağı düşməməlidir.

3 gün qabaq Rusiya Dumasında dinləmə zamanı Rusiya Mərkəzi Bankının sədri Nabiullina dedi ki, hökumətin inamına baxmayar Mərkəzi Bank neftin qiymətinin 60 dollara düşə biləcəyi ehtimalına baxır və bunun vuracağı ziyanı hesablayır.

Ancaq o deyir ki, bu, stress testin ehtimalı azdır.

XS
SM
MD
LG