Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

ABŞ Prezidenti Barack Obama deyir ki, “dünya Ebola ilə mübarizə üçün yetərincə iş görmür”. Obama oktyabrın 14-də jurnalistlərə digər ölkə liderlərinə daha çox iş görmək üçün təzyiq göstərəcəyini bildirib. O, Vaşinqtonda ordu rəhbərləri və müttəfiqlərlə görüşdə danışıb. Həmin iclasda İslam Dövləti yaraqlılarının yaratdığı təhlükə müzakirə olunub.

Obama deyir ki, ABŞ öz işini görəcək, lakin digər ölkələr indikindən daha çox işləməlidir.

Ağ Ev Obamanın oktyabrın 15-də Britaniya, Fransa, Almaniya və İtaliya liderləri ilə video-konfrans keçirəcəyini, Qərbi Afrikada Ebola epidemiyasını müzakirə edəcəyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, Ebola Qvineya, Sierra Leone və Liberiyada yayılmaqdadır. Qurum yetkilisi deyib ki, dekabrın əvvəlinə həftəyə 5.000-10.000 yeni yoluxma halı baş verə bilər.

Hələlik 8,914 nəfər virusa yoluxub, 4,447 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG