Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

İŞİD-la müharibənin xronologiyası


Qondarma İslam Dövləti yaraqlıalrının İraq və Suriyadakı hücumlarının şiddəti azalmır. İŞİD ABŞ-ın hava zərbələri altında eyni vaxtda həm İraq Ordusu və kürd dəstələri, Suriya ordusu və silahlı müxalifəti ilə döyüşlər aparır.

Eskpertlərin fikrincə, cihaçılar artıq hava zərbələrdən yayınmağın da yollarını tapıblar.

Hazırda ən gərgin döyüşlər Suriyanın Türkiyədəki sərhəddində yerləşən Ayn al-Arab (Kobani) şəhərində gedir. İŞİD-ə qarşı döyüşən kürd silahlıları şəhərin müdafiəsi üçün beynəlxalq ictimaiyyətdən və Türkiyədən yardım istəyirlər.

AzadlıqRadiosu regionda gedən hadisələri izləyərək canlı bloqu ən son xəbərlərlə yeniləyir. Postlar xronoloji ardıcıllıqla, ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli "davamı" düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür

14:36 16.10.2014
12:59 16.10.2014
01:05 16.10.2014

Mosul ilə Bağdad arasında da döyüşlər gedir. Kobaniyə 20-yə yaxın hava zərbəsi

Bu video Kürd Peşmərgəsi ilə döyüşdə öldürülmüş İŞİD döyüşcüsünün cibindən tapılan mobil telefonla çəkilib.

Son 2 gündə ABŞ-ın başçılıq etdiyi koalisiya Kobani şəhəri ətrafında İslam Dövləti yaraqlılarının mövqelərinə 8 hava zərbəsi endirib. Radikal islamçıların Anbar əyalətində də bombardıman edildiyi bildirilir. Ətraflı burada oxu

14:06 15.10.2014

İŞİD SIRALARI ÇİHADÇILARLA BELƏ DOLUR


Uzun müddətdir ki, dünyanın müxtəlif nöqtələrindən radikal islamçılar Suriyaya gedərək İŞİD sıralarına qoşulurdular. Onların hərəkət marşrutu əsasən Türkiyədən keçirdi. Xüsusilə Qərb ölkələrindən olan radikallar turist kimi Türkiyəyə maneəsiz gəlir, sonra da Suriyaya keçirdilər. Bu xəritəni paylaşan Avstraliya siyasətçisi İŞİDə qoşulanların sayına görə Tunisin birinciliyinə diqqət çəkir - 3000 nəfər.

Davamı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG