Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:55

Rasim Musabəyov: «Zhirinovsky Kremldən idarə olunan mövqesiz adamdır»


Rasim Musabəyov
Rasim Musabəyov

-

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Zhirinovsky-nin Bakıya səfəri, onun yüksək səviyyədə qarşılanması Azərbaycanda birmənalı qiymətləndirilmir.

Deputat Rasim Musabəyov Zhirinovsky-nin Bakıya səfərinə sosial mediada, özəlliklə, "facebook"da belə diqqət ayrılmasını anlamadığını söyləyir. O, əhəmiyyətsiz bir səfərin bu qədər müzakirəsinə gərək görmür:

«Zhirinovsky kifayət qədər mənfi imici olan, amma Rusiya siyasətində 25 ildir yer tutan bir şəxsdir. O, mövqeyini hər gün dəyişən, Kremldən idarə olunan mövqesiz bir adamdır. Rusiyada çox adam bizə xoş gəlmir. Nəzərə alsaq ki, Rusiya bizim böyük qonşumuzdur, münasibət saxlamaq vacibdir. Mən bu səfərə böyük əhəmiyyət vermirəm. Gəldi və getdi».

«DEMOKRATİK DƏYƏRLƏRİN DÜŞMƏNİ...»

Jurnalist Şahvələd Çobanoğlu düşünür ki, bu səfərə əhəmiyyət verən elə Azərbaycan hakimiyyətinin özüdür. Onun fikrincə, Azərbaycan xalqını təhqir edən, Dağlıq-Qarabağ münaqişəsində Ermənistanı açıq dəstəkləyən birinin yüksək səviyyədə qəbulu Azərbaycan hakimiyyətinin öz xalqına münasibətidir:

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

«Zhirinovsky Qərb dəyərlərinin, demokratiyanın düşmənidir. Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik qazanan xalqlara qarşı aqressiya ilə çıxış edən, onları həqarət edən, bəzi hallarda həmin ölkələrə qarşı qanlı müdaxiləni alovlandıran, dəstəkləyən adamdır. Gürcüstanda və Ukraynada müharibənin, işğalın təbliğatçısıdır. Elə Rusiyanın özündə də demokratik dəyərlərin, insan haqlarına sayqının düşmənidir. Rusiyanın mütərəqqi adamları da Zhirinovsky-nin siyasətdə meydan sulamasından utanc yaşayırlar. Belə bir adama önəm verilməsi həm də hansı dəyərlərə önəm verilməsinin göstəricisidir».

Bakıya səfəri zamanı Zhirinovsky prezident İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İkitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin indiki durumu və perspektivləri müzakirə olunub.

Zhirinovsky 23 saylı orta məktəbdə və Slavyan Universitetində də görüş keçirib.

Qərb ölkələri Ukrayna hadisələrinə görə, onu «qara siyahı»ya salıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG