Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:09

Avropa sanksiyalarında Zhirinovsky ilə bağlı «Eidelshtein» səhvi


-

Avropa Birliyinin yeni sanksiya siyahısına salınan ultramillətçi Vladimir Zhirinovsky ilə bağlı səhv gedib.

Dərc olunmuş sanksiyalarda yazılıb ki, o, 1964-cü ildə Qazaxıstanın Eydelşteyn şəhərində anadan olub. Halbuki Zhirinovsky 1946-cı ildə Almatıda anadan olub.

Bu barədə məlumat verən Almaniyanın DPA agentliyi yazır ki, «Eidelshtein» təsadüfi çıxmayıb.

Eidelshtein Zhirinovsky-nin atasının soyadıdır.

Zhirinovsky-nin həqiqi soyadını 1990-cı illərdə amerikalı jurnalist Nick Moore üzə çıxaranda, bu, əsil sensasiya oldu.

Moore Zhirinovsky-nin doğum şəhadətnaməsini tapdı və məlum oldu ki, Zhirinovsky-nin əsil adı Vladimir Volfovich Eidelshtein-dir.

Yəhudilərin Rusiyanı dağıtdığını deyən Zhirinovsky-nin öz atası Volf Isaakovich Eidelshtein polyak yəhudisidir və indiki Qərbi Ukraynadandır.

Zhirinovsky atasının yəhudi olmasını uzun illər danıb. Bir dəfə onu «divara dirəyəndə» deyib ki, «anam rus idi, atam – vəkil».

2006-cı ildə o, atasının İsraildəki məzarını ziyarət etdiyini dedi, ancaq yenə də bildirdi ki, atasının həyatı haqda heç nə bilmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG