Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:11

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaları elan edir


Avropa Birliyi Rusiyaya qarşı sanksiyalarını sərtləşdirib və sentyabrın 12-də yeni sanskiyaları elan edib.

Yeni siyahıya Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərti salınıb.

Onlar Avropadan kredit və maliyyə ala bilməyəcəklər.

Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan “Kalashnikov”, “Almaz-Antey”, “Xiumkompozit” kimi konsernlərə göndərilməsini də qadağan edir.

“Uralvaqonzavod” kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur.

Sberbank, VTB, Qazprombank,VEB, Rosselxozbank kimi banklara isə kreditlər məhdudlaşdırılır.

Avropa şirkətlərinə dərin su qatlarında, arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur.

Fərdlərin “Qara siyahısına” daha 24 şəxs əlavə olunub. Bunlar deputat Zhirinovsky, silah və texnologiya holdinqi Rostex-in rəhbəri Sergei Chemezov, Ukraynadakı separtaçıların liderləri və başqalarıdır.

Sentyabrın 11-də Rusiya bu yeni sanskiyaları Ukraynanın şərqində sülh prosesini laxlatmaq adlandırmışdı.

Rusiya bildirirdi ki, yeni sanskiyalar qəbul olunsa, Rusiyanın cavabı mütənasib olacaq.

XS
SM
MD
LG