Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:57

Poroshenko üçün «siyasi intihar» - Mətbuat icmalı


-

NATO tarixində ən əhəmiyyətli sammit başlanır. Yayda Britaniya parlamentinin komitəsi deyirdi ki, NATO-nun öz üzv ölkəsini qorumağa hazırlığı yaxşı deyil.

Poroshenkonun cəmi bir neçə seçimi var, hamısı da bir-birindən pis.

Ukraynada böhrana tezliklə son qoyulmasa, bütün regionda sabitlik pozulacaq.

Ukrayna düzgün yoldadır. Bu yolun adı “Finlyandiyalaşma”dır.

Qazaxıstanda 50 km-lıq radioaktiv konteyneri axtarırlar.

Dünya mediası bu gün nədən yazır?

TARİXDƏ ƏN ƏHƏMİYYƏTLİ NATO SAMMİTİ

Wall Street Journal qəzetinin fikrincə, bu həftə Uelsdə başlanan NATO sammiti bu təşkilatın 65 illik tarixində ən əhəmiyyətlidir.

Alyans göstərməlidir ki, bu yaxınlara qədər Avropada ağlagəlməyən müharibənin qarşısını almaqda qətidir.

Qəzet özünün 2008-ci il 12 avqust tarixli “Vladimir Bonapart” məqaləsini xatırladır. Rusiya Gürcüstana təcavüz edəndə həmin məqalədə deyilirdi ki, bununla iş bitməyəcək. Rusiyanın növbəti addımı Qara dənizdəki donanmasının qərargahını ələ keçirmək olacaq. Yəni Krımı. Qəzet o vaxt xəbərdarlıq etdiyini xatırladır ki, NATO Gürcüstan məsələsinə sərt reaksiya verməli idi. Ancaq vermədi, ona görə gəlib bura çıxmışıq.

Qəzetin fikrincə, NATO ölkələri hərbi xərclərini asaltmaq strategiyasını tərsinə dəyişməlidirlər. 28 NATO üzvündən yalnız 4-ü hərbiyə daxili məhsulunun 2 faizini xərcləyir. Halbuki bu 2 faiz - üzvlük üçün minimal həddir.

Britaniya parlament komitəsinin yayda hazırladığı hesabata görə, NATO hazırda Rusiyanın NATO üzvü olan ölkəyə qarşı təcavüzünə hazırlığı yaxşı deyil.

POROSHENKONUN 2 SEÇİMİ

Wall Street Journal qəzeti yazır ki, keçən həftəyə qədər ağlagəlməyən hadisələr olur. Ukrayna ordusu geri çəkilir. Hazırda Ukrayna prezidenti Poroshenkonun cəmi 2 seçimi var: ya rusiyapərəst separatçılara güzəştə getsin ya da qanlı müdafiə müharibəsini davam etdirsin.

Qəzet hesab edir ki, Putinlə razılığa gəlmək Poroshenko üçün “siyasi intihardır.”

İndiyədək rusiyapərəst separatçılara “terrorçu” deyən Poroshenko indi onlara güzəştə getsə, simasını itirəcək.

Keçmi yüksək rütbəli Ukrayna diplomatı Filipchuk deyir ki, "Poroshenkonun cəmi bir neçə seçimi var, onların da hamısı pisdir”.

1 MİLYON QAÇQIN

New York Times qəzeti yazır ki, BMT-nin qaçqınlar agentliyinin məlumatına görə, Ukraynadan qaçqınların sayı 1 milyonu keçdi. BMT xəbərdarlıq edir ki, bunun sonu olmasa, çox dağıdıcı nəticələri olacaq.

BMT-nin Rusiyaya istinadən verdiyi məlumata görə, Rusiyaya 814 min ukraynalı qaçıb, 10 minlərlə ukraynalı Avropa ölkələrinə gedib. Estoniyanın ehtimalına görə, bura 20 min ukraynalı gəlib. 260 min ukraynalı Rusiyadan qaçqın statusu almaq üçün müraciət edib.

Ukrayna hakimiyyətinin məlumatına görə, 2,2 milyon ukraynalı münaqişə bölgəsində yaşayır.

BMT-nin qaçqınlar üzrə Ali Komissarı Antonio Guterres deyib ki, böhran tez bir zamanda həll olunmasa, bunun nəinki dağıdıcı humanitar nəticələri olacaq, hətta bütün regionda sabitlik pozulacaq.

Mariupoldan son bir həftədə 10 min adam qaçıb.

YENƏ FİNLYANDİYA YOLU

New York Times qəzeti yazır ki, Finlyandiya kimi çiçəklənmək istəyirsinizsə, Finlyandiyadan öyrənin. Bunun adı “Finlyandiyalaşma”dır. İdeya balaca ölkənin böyük qonşularla necə yanaşı yaşamasıdır.

“Finlyandiyalaşma” termininin yaradıcısı ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Brzezinskidir. Brzezinski Ukraynaya Finlyandiyalaşmanı təklif edir.

Bunları yazan müəllif Rene Nybergsept hesab edir ki, Brzezinski Ukraynaya Finlynadiyalaşma təklif edəndə Ukraynanın Rusiya dominantlığına razı olmasını təklif edir.

Nybergsept də Ukrayna üçün çıxış yolunu Finlyandiyalaşmada görür, acaq bunu başqa cür başa düşür.

O yazır ki, son 20 ildə Rusiyanın bütün qonşuları ilə problemləri olub, Finlyandiyadan başqa. Özü də bu, Finlyandiyanın uğurudur.

Finlyandiyalaşma təslim olmaq demək deyil. Bu, “assimmetrik hakimiyyət münasibətlərini” idarə etməkdir.

İsveç tarixçisi Kristian Gerner hesab edir ki, Rusiya tarixində qonşularla münasibətin cəmi iki modeli olub: Kazan və Mancu. Birinci modeldə, Rusiya qonşunun ərazisini tutub, özünə qatır. Necə ki, 1552-ciu ildə İvan Qroznı Kazan xanlığını tutdu.

İkinci modeldə Rusiya qonşunun özünə bərabərliyini və hətta böyüklüyünü etiraf edib, onunla bərabər münasibət qurur. Bu, 1689-cu ildə Çinlə müqavilədir.

Əsrlər boyu bu iki modeldən başqası olmayıb.

Finlyandiya isə istisnadır.

Bunun səbəbini qəzet 2 əsas prinsipdə görür. Finlyandiya həmişə bu iki prinsipə sadiq qalıb- etibarlı müdafiə sistemi və güclü azad bazar.

Finlyandiya Stalin dövründə 2 dəfə sovet hücumunu dəf edib- 1939 və 1944-cü illərdə.

Stalinin ölümündən sonra Finlyandiya prezidenti Kekkonen 2 prinsipə SSRİ liderləri Xruşov və Brejnevi inandırdı. Birincisi, hücum olsa, Finlyandiya özünü qoruyacaq, ikincisi, SSRİ Finlyandiyanın Qərbi Avropa iqtisadiyyatına inteqrasiyasının qabağını alsa, SSRİ-nin öz iqtisadi maraqlarına ziyan dəyəcək.

Bununla da Finlyandiya Avropa Azad Ticarət assosiasiyasına və Avropa İqtisadi Birliyinə daxil oldu.

Eyni vaxtda Finlyandiya 1970-ci illərə qədər SSRİ-nin Qərbdəki ən böyük ticarət tərəfdaşı idi.

Müəllif hesab edir ki, bu baxımdan Ukrayna düzgün yol tutub. Həm özünü Rusiyadan qoruyur, həm də Avropa Birliyinə inteqrasiya edir.

50 KQ SEZİUM YOXA ÇIXIB

Radioaktiv konteynerin itməyi ilə Qazaxıstan rəsmiləri həyəcan təbili çalır. Guardian qəzeti xatırladır ki, itən sezium -137 maddəsidir. O, hərbidə və tibbdə istifadə olunur. Qazaxıstanın qərbində Mangistau regionunda konteyner yük maşınından yolda düşüb itib. Bu, polisin versiyasıdır.

Seziumun yarım parçalanmaq dövrü 30 ildir. Onun izotopları ölümə gətirə bilər.

Polis hamıya xəbərdarlıq edir ki, konteyneri tapan olsa, açmasın.

Konteynerin çəkisi 50 kiloqramdır.

Ancaq qəzet yazır ki. bu seziumun mənbəyini göstərmirlər. Qazaxıstan həmin seziumu hardan alıb?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG