Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

Putinin köməkçisi deyir ki, şəxsi söhbəti yaymağa Barrosonun haqqı yox idi


Arxiv fotosu
Arxiv fotosu

Putinin xarici siyasət köməkçisi Yuri Ushakov deyib ki, Putinin Kiyevi tutmaq haqda fikirləri kontekstdən çıxarılıb və tamamilə başqa məna daşıyırdı.

Media məlumatlarına görə Putin Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosoya deyib ki, “Əgər istəsəm, Kiyevi 2 həftəyə tutaram”.

Ushakov sentyabrın 2-də bildirib ki, Putinin hətta belə deyib-deməməyindən də asılı olmayaraq, şəxsi söhbətdə olanı yaymağa Barrosonun haqqı yox idi.

Rusiyanın xarici işlər naziri Lavrov sentybarın 2-də ABŞ-ı və Avropa ölkələrini Kiyevdə “müharibə partiyasını” dəstəkləməkdə ittiham edib.

Lavrov bunu Ukrayna rəsmilərinin Ukraynanın neytrallıq statusundan imtina edilməsi, NATO-ya üzv olması çağırışları haqda deyib.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA İZLƏ

XS
SM
MD
LG