Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

Xose Manuel Barroso Putinin sözlərini həmkarlarına ötən həftəsonu keçirilən Aİ sammitində çatdırıb.

Rusiya prezidenti Vladimir Putin Avropa liderlərinə müraciətlə deyib ki, əgər istəsə, onun silahlı qüvvələri Ukrayna paytaxtını iki həftəyə götürə bilər.

Rusiya prezidentinin bu bəyanatı, NATO özünün yeni “avanqard” çevik hərəkət qüvvələrini yaratmaq niyyətini elan edəndən sonra səslənib.

("Ukrayna böhranı" canlı bloqunu burada izlə)

“Lovğa” xəbərdarlıq

Britaniyanın “The Daily Telegraph” qəzeti yazır ki, Rusiya prezidenti bu “lovğa” xəbərdarlığı Avropa Komissiyasının sədrinə Ukrayna böhranına həsr olnumuş danışıqlar zamanı edib.

Vladimir Putin Jose Manuel Barroso-ya deyib: “Əgər istəsəm, Kiyevi iki həftəyə götürərəm”.

İtaliyanın “La Repubblica” qəzetinin mülahizəsinə görə, Rusiya prezidenti bu bəyanatı Moskvaya qarşı yeni sanksiyaların qəbuluna hazırlaşan Avropa liderlərinə xəbərdarlıq kimi səsləndirə bilərdi.

“The Daily Telegraph” yazır ki, cənab Barroso Putinin sözlərini həmkarlarına ötən həftəsonu keçirilən Aİ sammitində çatdırıb.

4 min əsgər, 48 saat

Bu arada NATO bəyan edib ki, özünün çevik hərəkət qüvvələri daxilində “avanqard” dəstəsini yaradır.

Alyans bildirib ki, 4 min əsgəri qüvvədən ibarət birləşmə 48 saat ərzində mümkün Rusiya təcavüzünə cavab verməyə hazır olacaq.

Avropa İttifaqının yeni xarici işlər komissarı Federica Mogherini isə bildirib ki, Ukrayna böhranının hərbi yolla çözümü mümkün deyil.

NATO iki təhlükə arasında

NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, alyans hazırda özünün cənub və şərq cinahlarında hər an partlayışa çevrilə biləcək təhlükə ilə qarşılaşıb.

Xəbər verilir ki, avanqard qüvvə İraqdakı və Ukraynadakı böhranlarla bağlı təşkil olunur.

Yeni hərbi birləşmənin tərtibi bu ilin sonlarına doğru yekunlaşmalıdır.

Manevrlərin sayı artırılacaq

Birləşməyə daxil qoşunlar öz ölkələrində yerləşəcək, zərurət doğarsa, çağırışla toplaşacaqlar.

NATO-nun bu həftə Uelsdə keçiriləcək sammitində hərbi avadanlıq və silahların Şərqi Avropa ölkələrində yerləşdirilməsi barədə qərar qəbul ediləcək.

Bu silahlar yeni yaradılan avanqard birləşməsnin istifadəsi üçün nəzərdə tutulacaq.

NATO həmçinin bildirib ki, Şərqi Avropada manevrlərin sayı artırılacaq.

("Ukrayna böhranı" canlı bloqunu burada izlə)

Şərhləri göstər

XS
SM
MD
LG