Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

«Yeni hədələr» Rusiya ordusunda dəyişiklərə gətirir


Krımda NATO əleyhinə aksiya

Krımda NATO əleyhinə aksiya

-

Rusiya «Ərəb baharı» və Ukrayna böhranından yaranan «yeni hərbi təhlükələrə və hədələrə» cavab olaraq, öz hərbi siyasətini müəyyənləşdirən sənədə dəyişiklik edəcək. Bunu prezident Vladimir Putinin Təhlükəsizlik Şurası katibinin müavini Mikhail Popov RİA Novosti agentliyinə deyib. Onun fikrincə, ABŞ və NATO rəhbərliyi Rusiya ilə münasibətlərdə gərginliyi artırmaqdadır.

Müsahibə sentyabrın 2-də yayılıb. Popov deyib ki, müharibənin ənənəvi formalarından başqa, «dünyanın aparıcı dövlətləri» öz məqsədlərinə çatmaq üçün ekstremist qruplardan, özəl hərbi şirkətlərdən və etirazçılardan istifadə edirlər.


Popovun sözlərinə görə, Rusiya Hərbi Doktrinasına dəyişikliklər bu ilin sonunadək hazır olacaq. Sənəd sonuncu dəfə 2010-cu ildə dəyişdirilib.

Popov deyir ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi və hərbi infrastrukturu möhkəmləndirməsi təhlükə olaraq qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG