Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:12

Həmas 72 saata 25 fələstinlini edam edib - mətbuat icmalı


G
G

-

Rusiya Ukraynada niyə belə edir? – bu sualın cavabını tapmaq üçün 150 il qabaq Rusiyanın Polşa uğrunda mübarizəsinə baxmaq kifayətdir.

Qəzzada Həmas 72 saata 25 fələstinlini edam edib.

Britaniya kəşfiyyatı amerikalı jurnalisti öldürməkdə 3 britaniyalıdan şübhələnir. Almaniyanın Rusiyaya ixracı azalır- biznes lobbisi narahatdır.

Dünya mediası bu gün nədən yazır?

O VAXT POLŞA, İNDİ UKRAYNA

Wall Street Journal qəzeti yazır ki, Ukrayna böhranı Avropanın mərkəzində çoxdankı mübarizəni canlandırdı- bu dava liberalizmlə avtokratiyanın davasıdır.

Əsrlərlə Avropada mübahisəli Polşa məsələsi olub. Almaniya ilə Rusiya arasında olan bu azadlıqsevər xalqın gələcəyi necə olacaq? – bu sual həmişə gündəlikdə olub. Kommunizm sona çatanda şahmat taxtası üzərindən Polşa götürüldü. Ukrayna isə qaldı. İndi Ukrayna ətrafında baş verənləri başa düşmək üçün 150-200 il əvvəlki Polşaya nəzər salmaq kifayətdir.

2004-cü ildə Ukrnaynada narıncı inqilab 19-cu əsrdə polyakların Rusiya əleyhinə üsyanına bənzəyirdi. 1830-cu ildə polyaklar inqilab edəndə çar İ Nikolay Rusiyada hətta islahatları dondurdu. O elan etdi ki, “Ya Rusiya məhv olmalıdır ya da Polşa”. Hazırda çoxlarını maraqlandırır ki, Rusiya Ukraynaya niyə belə diqqət yetirir? 19-cu əsrdə eyni diqqət Polşaya yetirilirdi.

O vaxtki hadisələrdən bu günə baxsaq, Putinin strategiyası belədir ki, “ya Ukrayna məhv olacaq ya Rusiya”.

İndi anlaşılmayan bir çox məsələ o vaxta qayıdanda çox aydın və asan olur. 1863-cü ildə Polşa Rusiyaya qarşı üsyan edəndə o vaxtki üsyançıların lideri Avropa ölkələrindən dayaq almaq üçün Avropaya səfər etdi. Ancaq bu səfər bəhrəsiz oldu. Polşa tarixini yazan Norman Davies bunu belə izah edirdi ki, o vaxtki Avropa Rusiyanı “kapitalistlərin qızıl mədəni” hesab edirdi. Bu, eynilə indi Avropada Rusiyaya qarşı sanksiyalar mübahisəsidir.

72 SAATDA 25 EDAM

Qəzzada son 72 saatda 25 fələstinli edam olunub. Onları Həmas edam edir. Bu adamlar Israillə əməkdaşlıqda günahlandırılır. Onlar İsrailə Həmas yaraqlılarının yerini bildirməkdə ittiham olunurlar. Human Rights Watch Qəzzada bu edamları dərhal dayandırmağa çağırır.

Təşkilat bildirir ki, edam olunanları tənha parka aparıb öldürürlər. Öldürülənlərin adları açıqlanmır ki, ailələrinə bundan ziyan dəyməsin.

Fələstin Azadlıq hərəkatının 1979-cu il cəza qanununa görə düşmənə hərbi informasiya verən ölüm cəzası ala bilər.

Human Rights Watch bildirir ki, satqınlıq və casusluq doğrudan da ağır cinayətlərdir, ancaq bunlar məhkəmə ilə müəyyən olunmalıdır və cəza dövlət qurumu çərçivəsimndə icra olunmalıdır.

KƏŞFİYYAT FOLEY-NİN CƏLLADINI AXTARIR

Britaniya kəşfiyyatı bildirir ki, amerikalı jurnalist James Foley-nin cəlladının kimliyini müəyyənləşdirməyə çox yaxındır. Newsweek jurnalı yazır ki, Youtube-dakı videoda İslam dövlət yaraqlıları adından Foley-nin başını kəsən cənubi London ləhcəsində danışır. Telegraph qəzeti yazır ki, Brityaniyanın Mİ5 və Mİ6 məxfi xidmətləri səsin kimə məxsus olmağını dəqiq müəyyənləşdirməkdə ən yeni texnologiyalrdan istifadə edir.

Sydney Morning Herald qəzeti bildirir ki, hələlik əsas şübhəli 23 yaşlı repper Abdel-Majed Abdel Barydir. O keçən il Londondan Suriyaya vuruşmağa gedib.

Bary-nin mahnıları hətta BBC Radio 1-də səslənib.

Bu mahnılar indi səsin müəyyənləşdirilməsində əsas olacaq.

Ancaq Bary-dən başqa da şübhəlilər var. Bunlar hazırda 2 nəfərdir. Onların hər ikisi Britaniya vətəndaşıdır.

ŞƏR QAYIDIB

Washington Post qəzetində Richard Cohen yazır ki, Ronald Reagan Sovet İttifaqına şər imperiyası, iblis imperiyası deyirdi. Reaganın dediyindfə həqiqət var idi. İndi biz iblisin başqa forması ilə üzləşmişik. Bu, İslam dövləti təşkilatıdır.

Cohen yazır ki, bunların simasında nasistlər qayıdıb.

RUSİYA İQTİSADİYYATI GERİLƏMƏYƏ BAŞLAYIB

Forbes jurnalı yazır ki. bir neçə ay qabaq Rusiya rəsmiləri deyirdilər ki, Qərbin sanskiyaları Rusiya iqtisadiyyatına təsir etməyəcək. Indi isə iqtisadi inkişaf naziri Aleksei Ulyukayev Vedomosti qəzetində yazıb ki, Rusiya iqtisadiyyatı mənfi siklə daxil olub.

Forbes yazır ki,Rusiya iqtisadiyyatının sürəti 2012-ci ildən azalıb. Avropa iqtisadiyyatının zəifləməsi də buna təsir edib.

Britaniyanın 333 milyard dollarlıq Standard Life İnvestments fondunun iqtisadçısı Nicolas Jaquer deyir ki, onların belə böyük fondunda Rusiya şirkətlərinin səhmləri çox azdır. Onun sözlərinə görə, Ukrayna böhranı başlanandan onların fondu “Rusiya iqtisadiyyatı haqda mənfi fikirdədir.”

ALMANİYA ZİYANA DÜŞÜR

Financial Times qəzeti yazır ki, bu ilin birinci yarısında Almaniyanın Rusiyaya ixracı 15,5 faiz azalıb. Bu, 2,8 milyard avro deməkdir. Almaniyanın Ukraynaya ixracı isə 32 faiz aşağı düşüb. Bu isə 880 milyon avrodur.

Rusiyaya ixrac Almaniyanın bütün ixracının 3 faizi olsa da bu sahədə 50 min adam çalışır. Ixracın azalmağı onların məşğulluğuna təhlükədir.

Qəzet yazır ki, Almaniya sənayeçiləri bu il Rusiyaya ixracın 20-25 faiz azalacağını bildirirlər və da onların fikrincə, Almaniya iqtisadiyyatına təsir edəcək. Şərqi Avropa ölkələrinə Almaniya məhsulunu satan biznes lobbi qrupu olan Şərqi Avropa iqtisadi əlaqələri Komitəsi hesab edir ki, Rusiyaya qarşı sərt sanskiyalar lazlm idi. Ancaq gələcəkdə sanksiyalar spiralına daxil olmamaq üçün hər şey edilməlidir.

Alman sənayeçiləri ondan da narahatdır ki, Rusiya öz ticarətinin böyük hissəsini indi Asiya və Latın Amerikası ölkələri ilə edə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG