Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

BMT İsrail və fələstinlilər arasında danışıqların bərpasına çağırır


Israel -- A picture taken from the Israeli side of the Israel-Gaza Border on August 20, 2014, shows rockets being fired by Palestinian militants from the Gaza strip into Israel.
Israel -- A picture taken from the Israeli side of the Israel-Gaza Border on August 20, 2014, shows rockets being fired by Palestinian militants from the Gaza strip into Israel.

BMT-nin Təhlükəsizlik Şurası Qəzza zolağında İsrail və fələstinlilər arasında döyüşlərin bərpasından “dərin narahatlığını” bildirib. 15 üzvdən ibarət Təhlükəsizlik Şurası tərəfləri danışıqlara bərpa etməyə, “möhkəm və davamlı atəşkəsə” nail olmağa çağırıb.

Qəzzada əməliyyatlar avqustun 19-da, 10 günlük fasilədən sonra bərpa olunub.

İsrail iyulun 8-də başladığı əməliyyatların məqsədinin Fələstindən raket atəşinə son qoymaq olduğunu deyir. Baş nazir Benjamin Netanyahu bildirib ki, Hamas raket atəşini bitirənə qədər hərbi əməliyyatlar davam edəcək.

Əməliyyatlarda əsasən dinc sakinlər olmaqla, 2 mindən çox fələstinli həlak olub. 70 israilli də öldürülüb, onlardan demək olar ki, hamısı əsgərlərdir.

XS
SM
MD
LG