Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:37

-

Qərb Rusiyaya layiqli cavab verəcəkmi? ABŞ-Rusiya davasında hamı itirir, qazanan isə bircə Çindir.

İnqilab olan kimi qonşu böyük dövlətin torpaq zəbt etməsi tarixdə həmişə olub. Keçmiş Sovet respublikları müstəqil olan kimi Rusiya separtaçılar vasitəsilə onlardan faktiki torpaq qopartdı. Rusiyaya bu dəfə cavab verilsə, heç olmasa, Rusiya hakimiyyətinin cəzasızlıq hissi aradan qalxar.

Dünya mediası bu gün nədən yazır?

RUSİYAYA KİM CAVAB VERƏCƏK?

Susan Glasser New York Times qəzetində yazır ki, Putin müharibələrdən və qərb üzrxahlarından siyasi cəhətdən faydalanır.

Müllifin fikrincə, Qərb eşitmək istədiyini eşidir, görmək istəmədiyinə isə göz yumur. Kiyev Moskvanın hərəkətlərini “birbaşa təcavüz” adlandırır.

Vaşinqton və onun Avropa tərəfdaşları indi nə edəcək?

Glosser yazır ki, Putin köhnə KQB casusudur. O Qərbdəki üzrxahlarına manevr üçün yer qoymaqda ustadır.

Müəllif “üzrxahlar” deyəndə kimləri nəzərdə tutur?

Məsələn, qərbdə heç kim Rusiyadakı insan haqları pozuntularını və ya Rusiya elitasındakı korrupsiyanı bağışlamır. Ancaq Almaniya və Avropanın başqa hissələri Rusiya enerjisindən asılıdırlar, ona görə məsələlərə “realist” yanaşırlar.

ABŞ-ın isə Ukraynanın şərqində hansı hissənin, kimin nəzarətində olmasında həqiqi milli marağı yoxdur.

Bundan başqa, münaqişınin qızışması indikindən də pis vəziyyətə apara bilər.

Glasser yazır ki, bu arqumentlərdə həqiqət var, ancaq bütün bu vəziyyətdən yaralanan Putindir.

Müəlifin yazdığına görə, ABŞ hökumətinin keçmiş rəsmisi ona deyib ki, indi Obama və onun hökumətinin başının İraqa qarışışacağından və Ukraynadan diqqətinin yayınacağından narahatdır.

Glassetr yazır ki, bu o deməkdir ki, Ukrayna məsələsində liderliyi Avropa öz üzərinə götürməlidir. Ancaq kimsə inanırmı ki, Avropa Birliyi bunu edəcək?

Wall Street Journal qəzeti yazır ki, Putin separtaçılara kömək üçün artilleriyadan istifadə edir, Merkel isə heç nə demir.

Qəzet yazır ki, Ağ Ev Putinin hərəkətlərini Ukraynanın suverenliyini pozmaq adlandırdı. Ancaq sual odur ki, Obama bunun qabağını almaq üçün nəsə edəcəkmi?

ABŞ ÇİNƏ TƏZYİQ EDƏ BİLMİR

Moscow Times qəzeti yazır ki, ABŞ-la Rusiya mübarizə aparır, arada Çin qazanır. Bu ayın əvvəlində Macarıstanın baş naziri Urban Avropa Birliyinin Rusiyaya qarşı sanskiyalarını öz ayağını güllə ilə vurmağa bənzətdi.

Rusiyaya qarşı sanksiyalardan hamı itirir. Deyəsən. Bircə Çindən başqa. Hətta Çin qazanır.

Çin üzrə ekspertlərin fikrincə, ABŞ Çini də Rusiyanı cəzalandırmağa çağırırdı, Çin bu çağırışlara cavab vermir.

Keçən həftə Dövlət deprtamentinin sanskiyalar üzrə əlaqələndiricisi Daniel Fried Vaşinqtonda dedi ki, ABŞ Asiya da da ölkələrin Rusiyaya qarşı sanskiyalara qoşulmasına çalışacaq. O, Cənubi Koreya, Çin və Sinqapurun adını çəkdi. Fried dedi ki, ABŞ Çinlə məsələhətləşmələr aparır və bu, davam edəcək.

Ancaq Çin indiyə kimi sanskiyalara qoşulmur. Qəzet yazır ki, Ağ Ev bu məsələdə Çinə təzyiq etmək gücündə deyil. Vaşqintonun əlində bu məsələdə Çinə təsir göstərmək üçün real vasitə yoxdur.

Əksinə, Çin rəsmiləri bildirirlər ki, saksiyalar səmərələi yol deyil, bu, yalnız Rusiyanın cavab addımlarına gətirəcək, vəziyyət qızışacaq.

Mosakvadakı Uzaq Şərq Araşdırmaları Mərkəzindən Vlasily Kashin deyir ki, Ukrayna böhranı əslində ən çox Çinə sərfəli olub.

Çin Rusiyanın qərbdən uzaqlaşıb , Çinə yaxınlşamasından faydalanır. Məsələn, Çin çoxdan planlaşdırdığı qaz müqaviləsini çox sərfəli aşağı qiymətə imzaladı. Moskvadakaı Strateji Proqnozlar Mərkəzindən Sergey Grinyayev deyir ki, bu 400 milyard dollarlıq qaz müqaviləsi Çinin işini necə möhkəm tutduğunu göstərir. Bu saziş illərlə müzakirə olunub, ancaq imzalanmayıb. Çin siyasi vəziyyətin çətin olduğu vaxtda, sərfəli qiymətə sazişi imzaladı.

Çin digər məsələlərdə də eyni səbir və təmkini göstərir.

Sanksiyalara görə Rusiya şirkətlərinin yeni Qərb texnologiyalarına birbaşa yolu daralıb, ona görə onlar həmin texnologiyalra görə indi üzrərini Çin şirkətlərinə tuturlar. Hətta nə vaxtsa sanskiyalar götürüləndə, yəqin ki Rusiya şirkətləri bu texnologiyarı yenə Çindən almaqda davam edəcək.

Ekspertlərin fikrincə, ABŞ Avropa ölkələrinə etdiyi təzyiqi Çinə edə bilməyəcək. ABŞ-ın Çini sankiyalara məcbur etməsi demək olar ki, mümkün deyil. Əksinə, Çini məcbur etsələr, Çin hökuməti ABŞ-la ticarət sazişlərinə yenidən baxa bilər.

Çin məsələn, dünyada Boeing və Airbus təyyarələrinin ən böyük alıcısıdır. Bu sazişləri Çin hökuməti təsdiqləyir.

İNQİLAB OLAN KİMİ QONŞU TORPAQ QOPARIR

National İnterest məcmuəsində Harvard Universitetinin Soyuq Müharibə Araşdırmaları proqramının direktoru Mark Kramer yazır ki, Maydan inqilabı və Rusiyanln təcavüzü mediada geniş işıqlandırılır, ancaq burda yeni heç nə yoxdur. Böyük dövlətlər həmişə belə davranıb.

1918-ci ildə Rusiyada inqilab olanda Almaniya vəziyyətdən istifadə edib. Rusiyanın bir hissəsini zəbt etdi. 1980-ci ildə İranda inqilabdan sonra vəziyyət çətin olanda İraqın o vaxtki lideri Səddam Hüseyn bundan isitifadə edib, neftlə zəngin əraziləri İrandan qoparmaq istədi.

1991-ci ildə keçmiş sovet respublikaları azad , müstəqil olanda onların çoxunda Rusiiya yerli separatçılar vasitəsilə ərazilər zəbt etdi.

Kramer yazır ki, 1992-ci ildən Rusiyada prezident istər Yeltsin olsun,

istər Putin, Rusiya keçmiş sovet respublikalarında separatçılara dəstək verib, faktiki bu yolla torpaq zəbt edib.

Kramerin fikrincə, bu müxtəlif illərdə, müxtəlif respublikalarl baş verib, ancaq 2014-cü ildə Ukraynaya görə Qərb Rusiyaya layiqli cavab versə,bu, Rusiya liderlərinin cəzasıqlıq hissini aradan qalıdırar.

BLAİR NAZARBAYEVƏ MƏSLƏHƏT VERİB Kİ, ÖZÜNÜ NECƏ APARSIN

Britaniyanın keçmiş baş naziri Tony Blairin insan haqlarının vəziyyəti pis olan ölkələrin avtoritar başçılarına yardım göstərməsi məsələsi Britaniya mediasının yenidən diqqət mərkəzindədir.

Guardian qəzeti yazır ki, Britaniyanın keçmiş baş naziri Tony Blair 2011-ci ilin dekabrında Qazaxıstanın Zhanaozen şəhərində polislə toqquşmalarda 15 adam öləndən sonra Qazaxıstan prezidentinə məsləhət verirmiş ki, özünü necə aparsın.

Nursultan Nazarbayevə məktubunda Blair yazır ki, bu hadisə faciəvidir, ancaq Qazaxıstanın nəhəng tərəqqisinə kölgə salmamalıdır.

O, Nazarbayevə məsləhət görür ki, Qərb mediası ilə ünsiyyətdə olanda Zhanaozendə polisin etirazçılara atəş açması, insanların ölməsi hadisəsindən qaçmasın, “kəllə-kəlləyə gəlsin”.

Blair həmçinin Nazarbayev Kembric Universitetində çıxışa hazırlaşanda həmin çıxışa əlavələr də edib.Bu əlavələrdə məqsəd istənilən mənfi təəssürata imkan verməmək olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG