Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:52

Müsavat Seçki Məcəlləsinə təkliflərini təqdim etdi


İsa Qəmbər aksiyalar keçirməklə bağlı növbəti müraciətlərin olacağını deyir
İsa Qəmbər aksiyalar keçirməklə bağlı növbəti müraciətlərin olacağını deyir
Müsavat Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Sentyabrın 20-də həmin təklifləri mediaya təqdim edən partiyanın başqanı İsa Qəmbər bildirdi ki, bu partiya əsasən seçki komissiyalarının üzvləri və rəhbərlərinin hakim və müxalifət partiyaların bərabər sayda təmsilçilərindən ibarət olmasını, parlament və bələdiyyə seçkilərində proporsional və majoritar seçki sisteminin tətbiqini, namizədlərin seçki komissiyalarında bir həlledici səs hüquqlu üzvünün olmasını istəyir.

Partiya təkliflərini parlamentin payız sessiyasına təqdim edəcək.


Müsavat Partiyasının da daxil olduğu müxalifət düşərgəsi bir neçə dəfə seçki komissiyalarının bərabər əsaslarla təşkil edilməsi təklifini irəli sürsələr də, hakim komanda bu təklifləri rədd edib.


Müsavat Partiyası sentyabrın 23-də Bakıda yürüş-mitinq də keçirmək niyyətindədir. Hələlik partiyanın bu barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin cavabı bəlli deyil. Partiyanın başqanı İsa Qəmbər bildirdi ki, meriya etiraz aksiyasının keçirilməsinə imkan verməsə, bu cavabı təhlil edib mübarizəni hüquq müstəvisində aparacaq və növbəti müraciətləri olacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG