Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:17

Azərbaycan ən riskli bank sistemi olan beş ölkədən biridir


Milli Bankdan «Fitch Ratings» təşkilatının hansı kriteriyalara əsaslandığını anlamadıqlarını deyirlər
Milli Bankdan «Fitch Ratings» təşkilatının hansı kriteriyalara əsaslandığını anlamadıqlarını deyirlər

«Fitch Ratings» Agentliyi dünyanın 81 ölkəsinin bankındakı sistemli risklərin reytinqini açıqlayıb. Nəticələrə görə, Azərbaycan bank sistemindəki risklərə görə, ilk beş ölkə arasındadır. Araşdırma altı ay ərzində ölkələrin bank sistemindəki inkişaf nəticələrinə əsaslanır.


Agentliyin ekspertləri bank sistemindəki riskə səbəbi səhmlərin, əmlakın qiymətinin, milli valyutanın artması, o cümlədən, özəl sektorda kreditləşmənin həcminin Ümum Milli Məhsula nisbətdə həcminin artıq olması ilə əlaqələndirirlər.


İnkişaf etmiş ölkələrin 90 faizinin bankı təhlilə görə, ən az riski olanlardır. Ən risksiz banklar İsveçrə və İspaniya banklarıdır. Almaniya və Avstriya bankları da ön yerlərdədir. Ən riskli bank sistemi isə, Azərbaycan, Rusiya, keçmiş Yuqoslaviya, İslandiya və İrlandiyadadır.


«Fitch Ratings» Agentliyinin baş direktoru Riçard Foks, bank sistemlərində daha yüksək risk olan ölkələrdə kreditləşmənin həcminin artacağı təqdirdə, vəziyyətin daha da gərginləşə biləcəyindən ehtiyatlanır. Lakin Azərbaycanın Milli Bankının Mətbuat Xidmətinin rəhbəri Kamran Nəzərli, bu təhlilin hansı kriteriyalara əsaslandığını anlamadığını deyir: «Son 10 ildə Azərbaycanın bank sistemində nə qədər islahatlar aparıldığını məgər görmürlər?».


Mənzil-qərargahı Nyu-Yorkda yerləşən «Fitch Ratings» Agentliyi, Rusiya və MDB ölkələrindəki bank sistemi ilə əlaqədar 13 ildir ki, tədqiqatlar aparır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG