Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Valyutadəyişmə məntəqələrinin lisenziyası yeni qaydalarla veriləcək


Sentyabrdan Azərbaycan Milli Bankı valyutadəyişmə məntəqələrinin açılmasına lisenziyanı yeni qaydalarla verəcək. Yeni qaydalara görə, məntəqələr bərk konsturksiyaya və gülləkeçirməz şüşələrə malik olmalıdır. Həmçinin məntəqə mənsub olduğu bankın və ya mərkəzi polis mühafizə sistemi ilə əlaqələndirilmiş elektron təhlükəsizlik sisteminə malik olmalıdır.


Milli Bank nağd valyuta mübadiləsi əməliyyatlarının qeydiyyatı tələblərini bir qədər sadələşdirib – bundan sonra 1000 dollardan çox yox, 5000 dollardan çox pul dəyişən müştərinin şəxsiyyətini təsdiqləyən sənəd tələb olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG