Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

BVF hökumətə orta və uzun müddətli büdcə proqnozları hazırlamağı məsləhət görüb


Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinə orta və uzun müddətli büdcə proqnozları hazırlamağı məsləhət görüb. Bu haqda jurnalistlərə Milli Məclisin İqtisadi Siyasət komissiyasının rəhbəri Ziyad Səmədzadə məlumat verib. Avqustun 30-dan Bakıda olan Vitali Kramarenkonun rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti sentyabrın 5-də Dövlət Statistika Komitəsi, Milli Bank, Beynəlxalq Bank, Maliyyə Nazirliyi və Milli Məclisdə olub. Parlamentin İqtisadi Siyasət komissiyasının sədri Ziyad Səmədzadə sözügedən görüşdən sonra bildirib ki, Fondun nümayəndələri ilə gələn ilin büdcəsi, neft gəlirlərinin səmərəli istifadəsi, hökumətin iqtisadi siyasəti və makroiqtisadi göstəricilərin əhalinin real həyat səviyyəsiylə yaxın olub-olmaması müzakirə edilib. Beynəxlaq Valyuta Fondunun təmsilçiləri bu görüşdə parlamentarlara tövsiyyə edib ki, daha səmərəli iqtisadi siyasət yürüdə bilmək üçün ancaq növbəti il üçün yox, yaxın 2-3, hətta 5 il üçün də təxmini büdcə xərcləri əvvəlcədən hazırlanmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG