Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

-

Məşhur rejissor, “Taksi sürücüsü”, “Wall Street canavarı” kimi filmlərin yaradıcısı Martin Scorsese sevdiyi 12 filmin adını açıqlayıb.

Onun “Sight and Sound” jurnalına açıqladığı siyahı belədir:

“2001-Cİ İLİN KOSMİK ODİSSEYASI” – Stanley Kubrick

Amerika Kino İnstitutunun tərtib etdiyi reytinqdə Hollywood tarixinin ən yaxşı elmi-fantastik filmi kimi 1-cidir.

1968-ci ildə çəkilmiş bu filmdə belə bir suala cavab axtarılır:

Biz kimik və kainatdakı yerimiz nədir?

Filmin qəhrəmanları kosmik gəmidə qalaktikanın müəyyən yerlərinə uçub yadplanetli qüvvələrin Yer kürəsini niyə izləməsinin səbəbini aydınlaşdırmalıdırlar. (Ardı aşağıda)

“8½” – Federico Fellini

Ötən əsrin 60-cı illərində çəkilən bu film rejissor Qvido Anselminin həyatındakı böhran haqdadır.

O yeni film çəkməyə hazırlaşır, dekorasiyalara milyonlar xərclənib. Rejissor ümid edir ki, film ona yaxşı qazanc gətirəcək. Amma Qvido daxilən tükənib, yaradıcılıq böhranı keçirir, yeni ilham məhbəyi axtara-axtara qalıb. Əsas səbəb isə onun həyatındakı, sevgidəki uğursuzluqlardır… (Ardı aşağıda)

“KÜL VƏ ALMAZLAR” – Andrzej Wajda

Polyak rejissorun 1958-ci ildə çəkdiyi bu filmdə hadisələr 2-ci Dünya Müharibəsinin son günlərində başlanır.

Sovet ordusu Polşanı nasistlərdən azad edib, amma faktiki olaraq ölkəni işğal edərək burada öz oyuncaq hökumətini qurub.

Gizli fəaliyyət göstərən vətənpərvər yaraqlılar kommunistlərin şəhər meri təyin etdikləri şəxsi öldürmək planı qururlar…(Ardı aşağıda)

Scorsese-nin siyahısındakı digər filmlər:

“Vətəndaş Keyn” (1941) – Orson Welles

“Leopard” (1963) – Luchino Visconti

“Payza” (1946) – Roberto Rossellini

“Qırmızı ayaqqabılar” (1948) – Michael Powell/Emeric Pressburger

“Çay” (1951) – Jean Renoir

“Salvatore Culiano” (1962) – Francesco Rosi

“Axtarış” (1956) – John Ford

“Yağışdan sonrakı dumanlı ayın nağılları” (Ugetsu Monogatari) (1953) – Mizoguchi Kenji

“Vertiqo” (1958) – Alfred Hitchcock

Rövşən

Günün bütün mövzuları

XS
SM
MD
LG