Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

Erotik filmin treyleri etirazla qarşılandı - Video


"Bozun əlli çaları" Azərbaycan dilində ("Qanun")
"Bozun əlli çaları" Azərbaycan dilində ("Qanun")

-

Dünyanın 52 dilinə çevrilib 100 milyon nüsxəsi satılmış “Bozun 50 çaları” kitabı əsasında film çəkilib. Filmin treyleri bu günlərdə yayınlanıb.

Britaniya yazıçısı E. L. James-in yataq səhnələri ilə dolu bu romanı əsasında çəkilən film də erotikdir.

Filmin treyleri bu günlərdə yayılıb. Hətta Amerikada da etiraz doğurub.

Pornoqrafiyaya qarşı mübarizə aparan “Morality in Media” (Mediada əxlaq) qrupu filmin yaradıcı heyətini mekodramatik sevgi pərdəsi altında seksual zorakılığı adi bir şey kimi təqdim etməkdə, əslində təbliğ etməkdə günahlandırıb.

Təşkilat bu trilogiyadan ilk kitabın 2011-ci ildə nəşr edilməsindən sonra da narahatlığını bildirmişdi.

“Bozun əlli çaları”nda milyonçu Christian Grey-lə kollec məzunu Anatasia Steele arasında intim münasibətdən bəhs edilir. Oğlan zorakı seks hərisidir, qızsa bunu müticəsinə qəbul edir.

Təşkilat bildirir ki, filmə baxmaq üçün növbəyə duran qadınlar çətin ki, şallaq, zəncir və işgəncələrdən, kişinin qadını alçaltmasından nəsə xeyirli, ilhamverici bir şey əxz edə.

Film gələn il fevralın 13-də ekranlara çıxacaq. Yəni Valentin günü münasibətilə.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG