Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:45

"Döyüşçü klubu"nun davamı gəlir


-

Amerika yazıçısı Chuck Palahniuk öz saytında bildirib ki, məşhur "Döyüşçü klubu" romanının davamını gələn il aprelin 8-də çap etdirəcək.

Kitabın davamı komikslər seriyasından ibarət olacaq. 10 hissədən ibarət komiksləri "Dark Horse Comics" nəşriyyatı buraxacaq.

Romanın davamında Palahniuk "Döyüşçü klubu"nun qəhrəmanlarının 10 il sonra başına gələnləri təsvir edir. Baş qəhrəmanlar yenə də Cek, sevgilisi Marlo və alter eqosu Tayler Derdendir.

Cek və Marlo ailə qurublar və bir oğulları var. Onların sakit həyatını yenə də qiyamçı Tayler pozur, oğullarını oğurlamaqla ailənin həyatını tam bir xaosa çevirir.

Yazıçı bildirib ki, romanın davamı "dolaşıq" olacaq.

"Döyüşçü klubu" ilk dəfə 1994-cü ildə ABŞ-da işıq üzü görüb. Roman orta təbəqəyə aid tipik amerikalının istehlak cəmiyyətinə qarşı qiyamından bəhs edir. 1999-cu ildə roman əsasında film də çəkilib. Filmdə Bred Pit, Edvard Norton kimi Hollivud ulduzları baş rolları oynayıb. "Döyüşçü klubu" kult filmə çevrilərək yazıçını bütün dünyada məşhurlaşdırıb.

Roman Azərbaycan dilinə də çevrilib ("Qanun").

Günün bütün mövzuları

XS
SM
MD
LG