Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:45

-

Bir qrup dəmiryolçu Azərbaycan Dəmir yolları QSC-nin binası qarşısında aksiya keçirir. 2012-ci ildə işdən çıxarılan dəmiryolçu Adil Vəlixanovun AzadlıqRadiosuna dediyinə etiraz edənlərin arasında hazırda dəmiryolunda işləyənlər də var.

«Bizim tələbimiz pozulmuş hüquqlarımızın bərpa olunmasıdır. Uzun müddətdir bizə çatmalı olan pullar mənimsənilib. 2001, 2008, 2011-ci illər Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara əsasən səyyar işə görə bizə ödənilməli olan pullar kəsilib, 2007-ci ildən yeni işçilərin götürülməsi ilə əlaqədar dəmir yolunda 30-35 il əmək təcrübəsi olan dəmiryolçular zorla işdən çıxarılıb və onların yerinə qeyri-peşəkar qadınlar götürülüb. İndi eyni işə görə həmin qadınlara ayda 400-450 manat maaş verildiyi halda eyni işi icra edən kişilərə 100-150 manat pul verilir. Biz həmin pulların düzgün hesablanılıb bizə qaytarılmasını, məcburi ixtisara salınıb işdən qovulanların yenidən işə bərpasını tələb edirik».

Adil Vəlixanov deyir ki, bir ilə yaxın müddətdə müxtəlif ünvanlara müraciət etmələrinə, dəfələrlə etiraz aksiyaları keçirmələrinə baxmayaraq onlara konkret cavab verən yoxdur.

«Başda prezident administrasiyası olmaqla biz MTN, Hesablama Palatasına, Baş prokuroroluğa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və daha bir neçə dövlət qurumuna müraciətlər edib problemlərimizi çatdırmışıq. Bütün cavablar bizim şikayətçi olduğumuz Dəmir Yolu QSC-nin Sərnişindaşıma departamentinin rəisi Elyar Muradova göndərilib. İndi də iki saata yaxındır aksiyamız davam edir, bir nəfər bizimlə maraqlanmır. Bunun əvəzində polis bizi əhatəyə alıb. Aksiyada iki qadının halı pisləşib».

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, Sərnişindaşıma departamentinin rəisi Elyar Muradov etirazçılarla görüşüb.

Dəmiryolçuların dediyinə görə, bu görüşdə onların problemlərinin həlli ilə bağlı ciddi vədlər verilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG