Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:42

Foreign Policy: «Ukraynaya Qrad atəşi açan, ola bilsin, Rusiyadır»


-

Rusiyanın Ukrayna ərazisinə raket atmasının ola bilsin ki, sübutları meydana çıxıb. Bunu Foreign Policy məcmuəsi yazır.

Amerikanın maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar qoyduğu vaxt ortaya çıxan videolar Rusiyanın Ukrayna münaqişəsində birbaşa hərbi iştirakının sübutu ola bilər.

İlk video Youtube-a qoyulub və sosial mediada paylaşılıb. Videoda uzaqdan dairəvi işıqlar şəklində görünən raketlərin Qraddan atıldığı və həmin Qradın Rusiya ərazisində olduğu iddia olunur.

(Videolara canlı Ukrayna bloqunda bax)

Foreign Policy yazır ki, indiydək Rusiyanın birbaşa iştirakının sübutları yox idi və ehtimal edir ki, bu video sübut ola bilər.

Foreign Policy bir neçə başqa belə video da tapıb. Həmin videolara izahlarda deyilir ki, Qradlar Rusiya ərazisindəki Qukovodan Ukrayna istiqamətində atılır.

BM-21 Qrad sistemi sovet dövründən qalma raket sistemidir. Onun raketləri 15-30 km məsafəni vurur.

BM-21 Qradları həm Rusiyada, həm də Ukraynada var. Onların fərqi yalnız istifadə olunan kamufulyajdadır.

Foreign Policy yazır ki, bu videolar təxminən eyni yerdən çəkilib və ola bilsin ki, bunları çəkənlər həmin yerdəki şəhərciyin sakinləridir.

Həmin şəhərciyin adı çəkilmir, ancaq Foreign Policy-nin ekspertlərinin təhlili göstərir ki, videolar şəhərin düz şimal qurtaracağından çəkilib və bura Rusiya-Ukrayna sərhəddinin 2 km-liyindədir.

Bəs ola bilərmi ki, Rusiya ərazisindən atılan bu raketlər elə Rusiya ərazisinə düşməli idi? Yəni bəlkə, hərbi təlimlər olub?

Raketlərin uçduğu bucaqları və digər parametrləri təhlil edən ekspertlər müəyyən ediblər ki, belə raket mütləq Ukrayna ərazisinə düşməlidir.

Başqa videodan isə görünür ki, raket məhz Rusiya ərazisindən atılıb.

İyulun 11-də Qraddan atılan raket atəşi ilə 19 Ukrayna hərbçisi ölüb, 100 nəfərə yaxın hərbçi yaralanıb. Bu, Ukraynanın cənub-şərqində olub.

Həmin yer Qukovodan cəmi 20 km aralıdır. Foreign Policy ehtimal edir ki, ola bilsin, həmin Qrad atəşi məhz Rusiya ərazisindən gəlib.

UKRAYNA HADİSƏLƏRİNİ BURADA İZLƏ

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG