Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:16

Ukrayna hərbçiləri Rusiya ərazisindən atəşə tutulduqlarını deyir


Luqanskda Rusiyayönlü separatçı
Luqanskda Rusiyayönlü separatçı

Luqanskda çərşənbə gününə keçən gecə separatçılar qrad qurğularından aeroportu və hərbçilərin mövqeyini atəşə tutublar. Bu barədə «İnformasiya müqaviməti» mərkəzinin rəhbəri Dmitriy Timchuk facebook-da yazır.

Bundan başqa hərbçilərin Luqanskda Provalye yaşayış məntəqəsindəki blokpostları da atəşə tutulub. Hərbçilər arasında itkilər var, Timchuk yazır.

Rusiyayönlü separatçılar bütün gecəni qrad qurğularından hərbçilərin Amvrosiyevka məntəqəsindəki mövqelərinə atəş açıblar. Bu xəbəri UNİAN yayıb. Öncə həmin ərazidə 4 hərbçi ölüb. Ukrayna hərbçiləri atəşin Rusiya ərazisindən gəldiyini təsdiqləyib.

Ukrayna hakimiyyəti bildirir ki, Rusiya Ukrayna ilə sərhədinə əsgər yığmaqdadır. Ukrayna hərbçiləri xəbər verir ki, rus hərbi texnikası və şəxsi heyəti Sumsk və Luqansk hərbi hissələrinin əks istiqamətinə yığılmaqdadır.

ATƏT-in Ukrayna böhranının həlli üzrə kontakt qrupu bildirib ki, separatçılar atəşkəsin razılaşdırılmasına dair real danışıqlarda iştiraka meylli deyillər. Bu bəyanatla Ukrayna, Rusiya və ATƏT təmsilçiləri çərşənbə axşamı, separatçılarla video-konfrans alınmayandan sonra çıxış ediblər.

Öncə ATƏT Ukraynanın şərqində – münaqişə zonasında müşahidəçilərin sayını artırmağı, eləcə də pilotsuz təyyarələrin köməyi ilə Rusiya-Ukrayna sərhədinin monitorinqini aparmağı vəd edib.

XS
SM
MD
LG